ALLAHŞÜNASLIQ, ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ

1–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.

Xisal /322.

***

2–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xaliqi əzəmətlə yad etməyiniz məxluqu gözünüzdə kiçildər.

Nəhcül-bəlağə, kəlimati-qisar/129.

***

3-İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin.

Biharul-ənvar/77/289.

4– İmam Əli ibni Hüseyn əleyhissalam buyurur: Mö`min bəndədə üç xasiyyət olarsa həlak olmaz: Allahdan başqa heç bir mə`budun olmamasına şəhadət vermək, Onun şəriki olmadığına inanmaq, Rəsuli-əkrəmin şəfaətinə və Allahın rəhmətinin genişliyinə inanmaq.

Səfinətul-bihar/517.

***

5-İmam Səccad əleyhissalam buyurur: Həmd yalnız Allaha məxsusdur və həmd Ona layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən!

İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur.

Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti, paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə salavat göndər. Mənim üçün üç şey əta et: Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə...

Biharul-ənvar 90/187, Mülhəqqati-Səhifeyi-Səccadiyyə /572.

***

6–İmam Sadiq əleyhissalam buyurur: Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)

Biharul-ənvar /70/25.

***

7–İmam Sadiq əleyhissalam buyurur: Bizim şiələrimiz o şəxslərdir ki, xəlvətdə olarkən Allahı çox-çox yad edərlər (yə`ni günaha batmağa heç bir maneə olmadıqda Allahı yad etmək onun günah etməsinin qarşısını alır).

Biharul-ənvar /93/162.

***

8–İmam Baqir əleyhissalam buyurur: Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir: Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın.

Üsuli-kafi/2/426.

***

9–İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar.

Səfinətul-bihar /2/180.

NAMAZ VƏ ONUN TƏ`SİRİ

10–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”

Mən layəhzuruhul-fəqih. c.1,s.206.

***

11–İmam Sadiq əleyhissalam buyurur: Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.

Biharul-ənvar /82/236.

***

12–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”

Biharul-ənvar , c.99, s.14.

***

13–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.

Biharul-ənvar /83/14.

***

14–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.

Biharul-ənvar, c.69, s.408.

***

15–İmam Əli əleyhissalam buyurur: “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”

Təsnifu Qürərul-hikəm, səh.175.

***

16–İmam Baqir əleyhissalam buyurur: “Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”

Biharul-ənvar , c.7, s.267.

***

17–İmam Sadiq əleyhissalam buyurur: “Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrum olarlar).

Biharul-ənvar, c.2, s.236.

***

18–İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar: Allahdan başqa heç bir mə`bud olmadığına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət vermək, o Həzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq) etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin ziyarətinə — həccə getmək, Allah vəlilərinin vilayətini iqrar etmək, Allah düşmənlərindən uzaq olmaq və bütün məstedici şeylərdən çəkinmək.

Xisal /432.

***

19–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi, həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır.) Hər şeyin bir zəkatı vardır, bədənin də zəkatı oruc tutmaqdır. Qadının cihadı isə öz əri ilə yaxşı rəftar edib ona itaət etməsidir.

Nəhcül-bəlağə, kəlimati qisar /136.

***

20–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ölüm mələyi (Əzrail əleyhissalam) hər gecə nida edib deyir: Ey qəbr əhli, bu gün kim üçün və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?! Ölülər cavabında deyərlər: Biz mö`minlərə qibtə edirik ki, məscidlərində namaz qılırlar, biz isə qılmırıq. Onlar zəkat verirlər, biz isə vermirik. Onlar Ramazan ayında oruc tuturlar, biz isə oruc tutmuruq. Onlar sədəqə verir, biz isə sədəqə vermirik. Onlar Allahı çox yad edirlər, biz isə yad etmirik. Əfsuslar olsun, dünya evində bizim əldən verdiklərimizə!

İrşadul-qülub /53.

***

21-Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Bir mələk hər namaz vaxtı nida edib deyir: Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün.

Müstədrəkul-vəsail /3/102.

***

22–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar.

Biharul-ənvar /82/202.

***

23–Əbu Bəsir deyir: Mən Ümmü Həmidənin yanına gedib imam Cə`fər Sadiq əleyhissalamın dünyadan getməsini ona başsağlığı verdim. O ağladı, mən də onun ağlamağına baxıb ağladım. Sonra dedi: Ey Əba Məhəmməd, əgər İmam əleyhissalamı can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərini açıb buyurdu: Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Biz hamını bir yerə topladıqdan sonra Həzrət onlara baxıb buyurdu: Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.

Vəsailuş-şiə /4/26.

***

24–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Haram yeməklə birlikdə olunan ibadət, (narın) qumlar üstündə tikilən binaya oxşayır.

Biharul-ənvar /84/258.

***

25–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Mö`minin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır.

Biharul-ənvar /77/120.

***

26–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kəs gecə çox yatsa (yə`ni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz.

Qürərul-hikəm /289.

***

27–İmam Sadiq əleyhissalam buyurur: Allah-taala Musa ibni İmrana buyurdu: Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlıqlaşanda isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər, (məgər dost öz dostu ilə söhbətdən ləzzət almazmı?!).

Biharul-ənvar /13/329.

***

28-İmam Sadiq əleyhissalam buyurur: Gecə namazını əldən vermə! Həqiqətən ziyankar o şəxsdir ki, gecə namazından məhrum olsun.

Biharul-ənvar /83/127.

***

29–İmam Sadiq əleyhissalam buyurur: Rəsuli-əkrəm (s.ə.v.v.) Cəbrailə dedi: Mənə nəsihət et. Cəbrail dedi: Ey Məhəmməd, nə qədər istəsən yaşa, onsuz da axırda öləcəksən; hər nəyi istəsən sev, onsuz da onlardan ayrılacaqsan; hər nə istəyirsən əməl et, onsuz da onları görəcəksən. Mö`minin şərəfi gecə namazında, izzəti isə camaatın namus-qeyrətinə toxunmamaqdadır.

Xisal /72.

***

30–İmam Sadiq əleyhissalam buyurur: Üç şey mö`minin fəxri, dünyada və axirətdə zinətidir: Gecənin axırında namaz qılmaq, xalqın malına göz dikməmək, Məhəmməd (s.ə.v.v.) övladlarından olan İmamın vilayətini qəbul etmək.

Biharul-ənvar /75/107.

ALLAHA İMAN VƏ ONUN RAZILIĞINI ƏLDƏ ETMƏK

31–İmam Sadiq əleyhissalam buyurur: Atam öz atasından belə nəql edir ki, kufəlilərdən bir nəfər Hüseyn ibni Əli əleyhissalama yazdı: Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməli barəsində mənə xəbər ver. Həzrət cavabında yazdı: Bismillahir-rəhmanir-rəhim. Amma sənin məsələnə gəldikdə isə, bilməlisən ki, həqiqətən hər kəs Allahın razılığını camaatın qəzəbi müqabilində əldə etmək istəsə, Allah onu camaatın işlərindən ehtiyacsız edər. Hər kəs camaatın razılığını Allahın qəzəbi müqabilində əldə etmək istəsə, Allah-taala o şəxsi camaata həvalə edər. Vəssalam.

Biharul-ənvar /71/208.

***

32–İmam Səccad əleyhissalam buyurur: Hər kəs Allah-taalanın ona vacib etdiyi şeylərə əməl etsə, onda o, ən yaxşı insanlardandır.

Kafi /2/81.

***

33–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah xatirinə sevsə, Allah xatirinə nifrət eləsə və Allah xatirinə əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.

Kafi /2/124.

***

34–İmam Həsən Əskəri əleyhissalam buyurur: İki gözəl xüsusiyyət vardır ki, onlardan üstün xislət yoxdur: Allaha iman və din qardaşlarına fayda çatdırmaq.

Biharul-ənvar /17/218.

TƏQVA VƏ ONA İLTİZAM VERMƏK

35–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub gözəl əxlaqa malik olmaqdır.

Biharul-ənvar /71/373.

***

36–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər vaxt hər hansı bir işə başlamaq istəsən (əvvəlcə) onun axır-aqibəti barəsində fikirləş. Əgər onun sonu xeyir və inkişaf olarsa ardınca düş, amma fasid bir əməl olarsa ondan uzaq ol.

Biharul-ənvar /77/130.

***

37–İmam Sadiq əleyhissalamdan təqvanın təfsiri barəsində soruşdular, Həzrət buyurdu: Təqva budur ki, Allah-taala səni, Özünün əmr etdiyi işlərdə və yerlərdə qaib, qadağan etdiyi yerlərdə isə hazır görməsin.

Səfinətul-bihar /2/678.

***

38–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz tayfa və qəbiləndəki əməlisaleh, möhtərəm bir şəxs qarşısında həya etdiyin kimi, Allah qarşısında da həya et.

Müstədrəkul-vəsail /8/466.

***

39–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Gözləri üsyankarlıq və şəhvət müqabilində yummaq necə də gözəl səddir.

Ğürərul-hikəm /321.

***

40–İmam Əli əleyhissalam, ibni Mülcəm (lə`nətullahi əleyh) tərəfindən zərbətlənərkən oğlu Həsən və Hüseynə xitabən buyurdu: Sizə ilahi təqvanı tövsiyə edirəm. (Və tövsiyə edirəm ki,) dünya (malını) axtarmayın, hətta dünya sizin arxanızca gəlsə də. Əlinizdən gedən dünya malına əsla təəssüflənməyin. Haqq danışın, əcir və savab almaq üçün əməl edin, zalıma qarşı düşmən, məzlumlara isə kömək (arxa) olun.

Nəhcül-bəlağə, 47-ci məktub.

***

41–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ey oğlum, sənə ilahi təqvanı və Allahın əmrini yerinə yetirməkdə iltizamlı olmağı, öz qəlbini Allahın zikri ilə abad etməyi, (eşq, məhəbbət ocağı olan qəlbini Allah eşqinin nuru ilə işıqlandırmağı), Ona bəndəlik etməyi və sarsılmaz məhəbbət ipinə sarılmağı tövsiyə edirəm. Səninlə Pərvərdigarın arasındakı ipdən də möhkəm bir səbəb ola bilərmi ki, sən ondan yapışmısan?!

Nəhcül-bəlağə, 31-ci məktub.

***

42–Əbi Üsamə deyir: İmam Sadiq əleyhissalam mənə buyurdu: Amandır, sizi ilahi təqvaya, həqiqi mə`nada Allahdan qorxmağa, sə`y etməyə, düzgün danışmağa, əmanəti qaytarmağa, gözəl əxlaqlı olmağa, qonşularla gözəl davranmağa tövsiyə edirəm! (Bu işlərdən qafil olmayın!) Haqq yoluna dilinizdən başqa şeylə (əməlinizlə) də`vət edənlərdən olun, bizim üçün zinət olun, rüsvaylıq səbəbi olmayın. Uzun rüku və səcdəni unutmayın! Çünki əgər sizlərdən biri rükunu və səcdəni uzadarsa, İblis onun arxasında fəryad edib deyər: Vay olsun mənə, bu, Allaha itaət etdi, mən isə üsyan etdim; o səcdə etdi, mən isə səcdə etməkdən imtina etdim!

Kafi /2/77.

***

43–İmam Baqir əleyhissalam buyurur: Əli ibni Hüseyn əleyhissalamın kitabında belə yazılmışdı…

(Qur`an buyurur ki,) Agah olun, həqiqətən Allah dostları üçün heç bir nigaranlıq, qorxu, hüzn, qəm-qüssə yoxdur. Həzrət buyurdu: Allahın Öz dostları adlandırdığı, qəm-qüssədən uzaq etdiyi şəxslər o zaman qorxudan amanda olur ki, Allahla dostluq əlamətləri onlarda mövcud olsun. Belə ki, onlar Allahın vacib buyurduqlarını yerinə yetirsələr, Rəsuli-əkrəmin sünnətlərinə əməl etsələr, Allahın haram buyurduqlarından uzaq olsalar, dünyanın mal-dövlətinə və cah-cəlalına qarşı zahid (rəğbətsiz) olsalar, Allahın dərgahında olan ne`mətlərə rəğbət bəsləsələr, pak və halal ruzini öz zəhmətləri ilə Allahın razılığı üçün əldə etsələr, eləcə də məqsədləri mal-dövlət yığıb onunla fəxr etmək olmasa, əldə etdikləri mal-dövlətlərdən Allahın vacib etdiyi istiqamətdə xərcləsələr, onda onlar Allah-taalanın mallarına xeyir-bərəkət verərək ibadət və infaqlarına (ehsanlarına) çoxlu mükafat və gözəl savab əta etdiyi şəxslərdir.

Biharul-ənvar /69/277.

***

44-Həzrət Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən bütün insanlar Adəm əleyhissalamın dövründən bu günkü günümüzə qədər darağın dişləri kimi bir-biri ilə bərabərdirlər. Ərəbin əcəmdən, ağ dərilinin qara rənglidən heç bir üstünlüyü yoxdur (yə`ni zahiri əlamətlər üstünlüyə səbəb olmaz). Üstünlük yalnız təqva ilədir.

Müstədrəkul-vəsail /12/89.

***

45–İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən təqva ilə olan az əməl, təqvasız olan çox əməldən daha yaxşıdır.

Kafi /2/76.

DUA

46–İmam Sadiq əleyhissalam buyurur: Allaha edilən heç bir dua Məhəmməd və onun Əhli-beytinə salavat göndərməyincə qəbul olunmaz. (…Yə`ni Allahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd deməyincə).

Kafi /2/493.

***

47–İmam Sadiq əleyhissalam buyurur: Dünyada mö`minin duasının qəbul olunmamasına, dünya əzab-əziyyətlərinə dözməsinə görə (axirətdə) o qədər savab verilir ki, o, arzu edib deyər: Kaş dünyadakı dualarımın heç biri qəbul olunmayaydı (və onların müqabilində axirət savabı veriləydi).

Kafi /2/491.

***

48–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allah-taala yanında, yer üzündə əməllərin ən sevimlisi dua, ibadətlərin ən yaxşısı isə iffətdir.

Biharul-ənvar /93/295.

***

49–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam səhabələrinə nəsihət edərkən buyurdu: Asimanın qapıları beş vaxtda açılar: 1. Yağış yağanda; 2. Düşmənlərlə cihad vaxtı; 3. Azan deyiləndə; 4. Qur`an oxunanda; 5. Günorta vaxtı və sübh açılanda.

Xisal /302.

***

50–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Beş yerdə dua etməyi qənimət sayın: 1. Qur`an oxunanda, 2. Azan vaxtı, 3. Yağış yağan vaxt, 4. Cihad cərgələrində şəhadətə hazırlaşan vaxt, 5. Məzlumun (zülm olunan şəxsin) dua etdiyi vaxt: Çünki, onun duasının tez qəbul olması üçün ərşin altında heç bir pərdə (maneə) yoxdur.

Biharul-ənvar /93/343.

***

51–İmam Hüseyn əleyhissalam Ərəfə duasında deyir: Pərvərdigara! Sən çağırılanlar içərisində ən yaxın, çağırışı (duanı) ən tez qəbul edən, əfv edənlərin ən kəramətlisi (kərimi), ən çox əta edən, sual olunanların ən yaxşı eşidənisən. Ey dünya və axirətdə rəhman və bağışlayan, bu iki dünyada rəhim (rəhməti geniş) Allah!

Ərəfə duası.

***

52–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kəsə dörd şey əta olunsa, dörd şeydən məhrum olmaz. 1. Hər kəsə dua etmək (qüdrəti) əta olunsa, onun qəbul olunmasından məhrum olmaz; 2. Hər kəsə tövbə etmək əta olunsa, (tövbənin) qəbul olunmasından məhrum etməzlər; 3. Hər kəsə istiğfar etmək əta olunsa, məğfirətdən məhrum etməzlər; 4. Hər kəsə şükür etmək nəsib olarsa, ne`mət bolluğundan məhrum edilməz.

Nəhcül-bəlağə, Kəlimati-qisar /135.

Seyyid Rəzi(r) buyurur: Bu dörd mətləbin şahidi Allahın kitabında mövcuddur. Dua etmək barəsində 40-cı surənin 4-cü ayəsində buyurur: Məni çağırın, sizin (duanızı) qəbul edim. 4-cü surənin 110-cu ayəsində buyurur: Hər kəs pis əməl etsə və özünə zülm etsə, sonra Allahdan bağışlanmaq istəsə, Allahın bağışlayan və mehriban olduğunu hökmən görər. Şükür etmək barəsində 14-cü surənin 7-ci ayəsində buyurur: Əgər ne`mətlərin şükrünü yerinə yetirsəniz, hökmən onu (ne`məti) artıraram. Tövbə etmək barəsində 4-cü surənin 17-ci ayəsində buyurur: Allah nadanlıq üzündən pis iş görən və dərhal tövbə edənlərin tövbəsini qəbul edir və onların günahlarını bağışlayır. Allah hər şeyi bilən və hikmət sahibidir.

***

53–İmam Sadiq əleyhissalam uzun bir məktubda öz şiələrinə buyurur: Allah-taala mö`minlərin (bu dünyada) etdikləri duaları qiyamətdə onların yaxşı əməllərinə çevirər və bununla da behiştdə onlara daha yaxşı yerlər verər.

Biharul-ənvar /78/216.

***

54–İmam Sadiq əleyhissalam buyurur: Öz xəstələrinizi sədəqə (fəqirə ehsan) verməklə müalicə edin, bəlaları dua ilə dəf edin.

Təhzib /4/112.

***

55–İmam Sadiq əleyhissalam buyurur: Öz hacətini (Allahdan) istə və öz istəyində israr et, çünki həqiqətən Allah Öz mö`min bəndələri içərisində israr edənlərin israrını sevir.

Vəsailuş-şiə /7/60.

***

56–İmam Sadiq əleyhissalam buyurur: Əsla duadan qafil olmayın, (Amandır, duanı unutmayın) çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxınlaşdıra bilməz.

Kafi /2/467.

***

57–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Çox hallarda ola bilsin ki, sən (Allahdan) bir şey istəyəsən, Allah da onu sənə verməsin, amma əvəzində ondan yaxşı bir şey nəsib etsin.

Ğürərul-hikəm /180.

ƏHLİ BEYT ƏLEYHİMUSSALAM

58–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin arasında Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir. Hər kəs o gəmiyə minsə nicat tapar və hər kəs ondan üz döndərsə həlak olar.

Biharul-ənvar /27/113.

***

59–İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Həqiqətən bizim hədislərimiz (kəlamlarımız) qəlbləri dirildir.

Biharul-ənvar /2/144.

***

60–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əli ibni Əbi Talibi yad etməklə məclislərinizi zinətləndirin.

Biharul-ənvar /38/199.

***

61–İkmalüddin kitabında deyilir: Cabir Co`fi Cabir ibni Əbdüllah Ənsaridən belə nəql edir: Ətiullahə və ətiurrəsulə və ulil-əmri minkum ayəsi nazil olanda Rəsuli-əkrəmə dedim: Ya Rəsuləllah, Allahı və Onun Rəsulunu tanıdıq. Bəs ´ulul-əmrh kimdir ki, Allah-taala onlara itaət etməyi sənə itaət etməklə yanaşı vacib etmişdir?

Həzrət buyurdu: Ey Cabir, onlar mənim (haqq) xəlifələrimdir, məndən sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əli ibni Əbi Talib, ikincisi Həsən, üçüncüsü Hüseyn, dördüncüsü Əli ibni Hüseyn, beşincisi Tövratda Baqir ləqəbi ilə tanınan Məhəmməd ibni Əlidir. Ey Cabir, sən onu görəcəksən, o zaman məndən ona salam yetirərsən. Altıncısı Sadiq-Cə`fər ibni Məhəmməd, yeddincisi Musa ibni Cə`fər, səkkizincisi Əli ibni Musa, doqquzuncusu Məhəmməd ibni Əli, onuncusu Əli ibni Məhəmməd, on birincisi Həsən ibni Əli, on ikincisi adı mənim adımla, künyəsi mənim künyəmlə eyni olan, Allahın yer üzündəki höccəti Həsən ibni Əlinin oğludur. O, həmin şəxsdir ki, Allah-taala onun əli ilə yer üzünün şərq-qərbini fəth edəcək; O, həmin şəxsdir ki, öz şiələrinin və dostlarının gözündən qeybə çəkiləcək, elə bir müddətə qeybə çəkiləcək ki, onun imamətinə inam (əqidə) barəsində yalnız Allahın qəlblərini iman (nuru) ilə imtahan etdiyi şəxslər sabit qalacaqdır.

(Cabir deyir…) Həzrətdən soruşdum: Ya Rəsuləllah, onun qeybə çəkildiyi bu dövrdə şiələr üçün fayda olacaqmı?

Buyurdu: Bəli, məni (haqq olaraq) Peyğəmbərliyə seçən Allaha and olsun ki, həqiqətən onlar (şiələr) onun qeybdə olduğu vaxtlarda, camaat bulud arxasında olan günəşdən bəhrələndiyi kimi, onun nurundan nur kəsb edəcək, vilayətindən faydalanacaqlar.

İkmaluddin /1/253.

***

62–Maliki məzhəbinin banisi Malik ibni Ənəs İmam Sadiq əleyhissalamın fəzilətinə dair belə deyir: Fəzilət, elm, ibadət və vərə`(təqvanın ən yüksək mərhələsi) baxımından Cə`fər Sadiqdən daha üstün bir kəsi heç bir göz görməmiş, bir kəsin qulağı ondan üstün bir fəzilət eşitməmiş, heç bir bəşərin qəlbindən ondan fəzilətli adam keçməmişdir.

Biharul-ənvar /47/128.

***

63–İmam Hüseyn əleyhissalam buyurur: Canıma and olsun ki, Allahın kitabı əsasında hökm edən, haqq-ədaləti bərqərar edən, haqq dinə malik olan və öz nəfsini Allah yolunda saxlayan şəxsdən başqası imam ola bilməz.

İrşad /204.

ƏHLİ BEYT(Ə)-A MƏHƏBBƏT

64-Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Qur`an oxumaqla.

Cameus-səğir /1/14.

***

65–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa, əməli-saleh dostlarımıza yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.

Biharul-ənvar /74/354.

***

66–İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (…yenə buyurur…) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək isə küfrdür.

Kafi /1/187.

***

67–İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var. Ən yaxşı ibadət isə biz Əhli-beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur).

Biharul-ənvar /27/91.

***

68–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: (Həqiqi) mö`mini sizə tanıtdırımmı? Mö`min o kəsdir ki, sair mö`minlər onu öz mallarına və canlarına əmanətdar bilsinlər. Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın haram buyurduğunu tərk etsin. Mö`min şəxsə haramdır ki, başqa mö`minə zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun.

Kafi /2/235.

***

69–İmam Sadiq əleyhissalam buyurur: Mö`min şəxs üçün layiq deyildir ki, Allaha günah edilən bir məclisdə otursun, halbuki məclisi (gedişini, söz-söhbəti) dəyişməyə qadir deyil. (…yə`ni nəhy əz münkər etməyə qadir olmadığı halda o məclisdə oturmasın.)

Kafi /2/374.

***

70–İmam Sadiq əleyhissalam buyurur: Hər kəsin dili düz, doğru danışan olsa, əməli paklaşar. Hər kəsin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar, hər kəs öz əhli-əyalına yaxşılıqlarını artırsa, Allah onun ömrünü uzadar.

Xisal /1/88.

***

71–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bir kişi Rəsuli-əkrəm (s.ə.v.v.)-in yanına gəlib dedi: Mənə elə bir əməl öyrət ki, onu etdikdə Allah və bütün məxluqlar məni sevsin, Allah mal-dövlətimi artırsın, bədənimi sağlam etsin, ömrümü uzatsın və məni (qiyamətdə) səninlə birlikdə dirildib məhşur etsin.

Həzrət buyurdu: Bu altı xislətin digər altı xislətə ehtiyacı vardır. Əgər Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və Onun qarşısında təqvalı ol. Məxluqların səni sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əllərində olanlardan gözünü çək. Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver, sənə səhhəti-bədən verməsini istəyirsənsə, çoxlu sədəqə ver, uzun ömür verməsini istəyirsənsə, qohum-əqrəbanla sıx əlaqə saxla, səni mənimlə bir yerdə məhşur etməsini istəyirsənsə Vahid və Qəhhar Allaha uzun-uzadı səcdə et.

Səfinətul-bihar /1/599.

***

72–İmam Riza əleyhissalamın qulamı Haris ibni Dilhas deyir: İmam Riza əleyhissalam buyurdu: Nə qədər ki, bir kəsdə üç xislət yoxdur o, həqiqi mö`min deyil: Pərvərdigarından, Peyğəmbərdən və onun vəlisindən (İmamdan) bir sünnətə malik olmaq. Pərvərdigarın sünnəti Onun sirrini gizlətməkdir (Qur`an ayəsi: O (Allah) qeyb aləmini biləndir. Öz qeyb xəbərlərini razı olduğu kəslərdən –peyğəmbərlərdən qeyrisi üçün aşkar etməz ). Peyğəmbərin sünnəti isə camaatla yaxşı rəftar etməkdir. Çünki Allah-taala Öz peyğəmbərinə camaatla yaxşı rəftar etməsini əmr edərək buyurur: Əfv etməyi bacar, yaxşılığa əmr et, cahillərdən üz çevir. Onun vəlisinin sünnəti isə yoxsulluqda və xoşagəlməz hadisələrdə səbr etməkdir. Çünki Allah-taala buyurur: ...Pis və xoşagəlməz hadisələrdə səbr edənlər....

Uyunü əxbarir-Riza (ə) /1/256.

***

73–İmam Cavad əleyhissalam buyurur: Mö`minin üç xislətə ehtiyacı var: Allah tərəfindən olan tovfiq və müvəffəqiyyətə, öz daxilindən olan nəsihətçiyə və ona nəsihət edən bir kəsin nəsihətini qəbul etməyə.

Müntəhəl-amal /2/554.

***

74–Əli ibni Hüseyn əleyhissalamdan soruşdular: Ey Rəsuləllahın övladı, səhərin necə açıldı? Buyurdu: Səhərim elə bir halda açıldı ki, məndən səkkiz şey istənilirdi: 1. Allah məndən vacibatı yerinə yetirməyimi, 2. Peyğəmbər (s.ə.v.v.) öz sünnəsinə əməl etməyimi, 3. Əhli-əyalım ruzini, 4. Nəfsim nəfsani istəklərə cavab verməyimi, 5. Şeytan günah etməyimi, 6. (Əməlləri yazan) iki mələk düzgün əməli, 7. Ölüm mələyi ruhumu, 8. Qəbir isə cəsədimi istəyirdi. Mən də bu xislətlər arasında idim.

Biharul-ənvar /76/15.

***

75–İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən mö`min o kəsdir ki, bütün şeylər ondan qorxur. Səbəbi də budur ki, o mö`min Allahın dinində izzətli, başı ucadır və heç nədən qorxmur. Bu da hər bir mö`minin əlamətidir.

Biharul-ənvar /64/305.

ƏHLİ-BEYT (Ə) ŞİƏLƏRİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ

76–İmam Baqir əleyhissalam Cabirə buyurdu: Ey Cabir, şiə olmaq üçün təkcə biz Əhli-beytə məhəbbət bəsləmək kifayət edərmi? Allaha and olsun, bizim şiələrimiz Allah qarşısında təqvalı olub itaət edənlərdir, onlar yalnız təvazökarlıqla, mülayimlik edib əmanətdar olmaqla, Allahı çox yad etməklə, çox oruc tutub namaz qılmaqla, valideynə yaxşılıq etməklə, qonşulara, yoxsullara, miskinlərə, borclulara, yetimlərə mehriban və vəfalı olmaqla, sözü doğru olan, Qur`an tilavət etməklə camaat barəsində yalnız xeyirli sözlər danışmaqla tanınarlar və bütün işlərdə öz qohum-əqrəbasının əmanətdarlarıdır.

Kafi /2/74.

***

77–Süleyman ibni Mehran deyir: İmam Sadiq əleyhissalamın yanına getdik. Onun hüzurunda bir dəstə şiə var idi. Həzrət buyurdu: Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın. Camaatla yaxşı davranın, dilinizi qoruyun, onu yersiz danışmaqdan və nalayiq sözlərdən saxlayın.

Əmali /400.

***

78–Əbdüllah ibni Bükeyr İmam Sadiq əleyhis-salamdan belə nəql edir: Həqiqətən biz (Əhli-beyt) ağıllı, düşüncəli, fəqih, həlim, tədbirli, səbirli, sədaqətli və vəfalı şəxsləri sevirik. Həqiqətən Allah-taala peyğəmbərlərə bəyənilmiş əxlaq, gözəl xislətlər bəxş etmişdir. Hər kəsdə o xüsusiyyətlər olsa, gərək bu ne`mət üçün Allaha şükür etsin və hər kimsə bu xüsusiyyətlərə malik olmasa, Allahın hüzurunda yalvarıb onları istəsin. (Bükeyr deyir) Soruşdum ki, sənə fəda olum, onlar hansılardır? Buyurdu: Onlar vər`ə (təqvanın ən yüksək mərhələsi), qənaət, səbir, şükür, helm, həya, səxavət, şücaət, qeyrət, yaxşılıq, düz danışmaq və əmanəti (sahibinə) qaytarmaqdır.

Kafi /2/56.

***

79–İmam Baqir əleyhissalam buyurur: Hər kəs Allaha itaət etsə (müti olsa), bizim dostumuzdur. Hər kəs Allaha asi (üsyankar, günah edən) olsa, bizim düşmənimizdir.

Kafi /2/75.

 

GÜNAH VƏ ONUN GƏTİRDİYİ BƏDBƏXTLİKLƏR

80–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xəta və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax!

Müstədrəkul-vəsail /11/330. Biharul-ənvar /77/79.

***

81–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə baxıb görsün: Günah edərkən Allahın məqamı onun nəzərində necədirsə, onun da məqamı Allah yanında elədir.

Biharul-ənvar /70/17.

***

82–İmam Sadiq əleyhissalam buyurur: Məgər bilmirsiniz ki, sizin əməl dəftərləriniz Ona (Rəsuli-əkrəmə) göstərilir? Həzrət onda günah əməl görərsə, narahat olur. Belə isə, Rəsuli-əkrəmi narahat etməyin, onu (gözəl əməllərlə) sevindirin, şad edin.

Kafi /1/219.

***

83–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əfv edib bağışlamağın az olması ən qəbahətli eyb, intiqam almağa tələsmək isə günahların ən böyüyüdür.

Ğürərul-hikəm /235.

***

84-İsbəğ ibni Nəbatə deyir: Əli əleyhissalam buyurdu: Rəsuli-əkrəm (s.ə.v.v.) belə buyurmuşdur: Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar, ömürləri qısalar, tacirləri qazanc əldə etməz, meyvələri təmiz və bol olmaz, suları artmaz, quraqlıq yaranar, şər və pis adamlar onlara hakim kəsilər. (Hədisin xülasəsi budur ki, ağır əzab o ümmətə nazil olmasa, günah səbəbi ilə yeddi bəlaya düçar olarlar).

Xisal /2/360.

***

85-İmam Baqir əleyhissalam buyurur: Əli əleyhissalamın kitabında yazılmışdır ki, Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Zina əməli çoxalan zaman qəfil ölümlər artar, tərəzidə əskik çəkilərsə, Allah onları qəhətlik və bahaçılığa düçar edər. Əgər camaat zəkat verməkdən imtina etsələr yer öz bərəkətini, əkin, meyvə və mə`dənlərini çəkər. İlahi hökmlərdə ədalətsizlik etsələr zülmə və düşmənçiliyə kömək etmiş olarlar. Əgər əhd-peymanlarını pozsalar, Allah onlara öz düşmənlərini hakim edər. Qohumluq əlaqələrini kəssələr, mal-dövlətləri şər adamlara qismət olar. Yaxşılığa əmr edib pisliklərdən çəkindirməsələr və mənim Əhli-beytimdən olan şərəfli insanlara (imamlara) tabe olmasalar, Allah onlara ən pis adamı hakim edər. Belə bir zamanda o ümmətin yaxşı insanlarının duası da qəbul olmaz.

Səfinətul-bihar /2/630.

***

86–İmam Əli əleyhissalam buyurur: Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyər, qəsavət bağlayar.

Biharul-ənvar /70/55.

***

87–Allah-taala Davud əleyhissalama buyurur: Ey Davud, günahkarlara sonsuz rəhmətimin hər şeyi əhatə etdiyini müjdə ver ki, Mənim mərhəmətimdən mə`yus olmasınlar. Yaxşı əməl sahiblərini də qəzəbimlə qorxut ki, öz itaətlərilə qürur hissi keçirməsinlər. Çünki qürur, ücbə (özündən razı olmağa) səbəb olur ki, ücb və özündən razı olmaq da ən ağır günahdır.

İsna əşəriyyə /59.

ELM VƏ ONUN DƏYƏRİ

88–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.

Biharul-ənvar /2/25.

***

89–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs mə`lumatı olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə dində edəcəyi xidmətdən daha çox zərbə vurmuş olar.

Biharul-ənvar /2/121.

***

90–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər insanın qiyməti onun elminin dəyəri qədərdir. (Hər bir sənətkarın dəyəri bildiyi peşə, sənət qədər, təbibin dəyəri sağlamlığın əhəmiyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrədib düz yol göstərmək qədərdir).

Nəhcül-bəlağə

***

91–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.

Biharul-ənvar /2/36.

***

92–İmam Baqir əleyhissalam buyurur: Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir.

Biharul-ənvar /78/189.

***

93–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Elm öyrənmək üçün sə`y edənlər Allah yolunda cihad edən şəxs kimidir.

Biharul-ənvar /1/179.

***

94–İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!

Biharul-ənvar /2/92.

***

95–İmam Sadiq əleyhissalam buyurur: Elm kəsb edin və onunla birlikdə elmlə, vüqarla zinətlənin. Elm öyrətdiyiniz şəxs qarşısında isə təvazökarlıq edin.

Kafi /1/36.

***

96–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs elm öyrənib ona əməl etsə və Allahın rizası üçün başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər.

Kafi /1/35.

***

97–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Dünya və axirət xeyri elm ilə yanaşıdır.

Biharul-ənvar /1/204.

ELM VƏ ELM ÖYRƏNMƏYİN FƏZİLƏTİ

98–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qubeys dağı qədər qızılı, malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir.

Biharul-ənvar /1/18.

***

99–İmam Zeynəl-abidin əleyhissalam buyurur: Əgər insanlar elm kəsb etməyin necə böyük dəyərli olduğunu bilsəydilər, onu hətta qanlarını axıtmaqla və tufanlı, dalğalı dənizləri yarmaqla belə kəsb edərdilər.

Kafi /1/35.

***

100–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Elm asanlıq və rahatlıq axtarmaqla əldə oluna bilməz.

Ğürərul-hikəm /349.

***

101–İmam Sadiq əleyhissalam buyurur: Öz yazılarınızı qoruyub saxlayın, çünki sonradan onlara ehtiyac duyacaqsınız.

Biharul-ənvar /2/152.

***

102–İmam Əli əleyhissalam buyurur: Həqiqətən dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir.

Kafi /1/30.

***

103–İmam Həsən əleyhissalam buyurur: Öz elmini başqalarına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən.

Biharul-ənvar /78/111.

***

104–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir.

Biharul-ənvar /1/167.

***

105–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəsdən bildiyi bir elm barəsində soruşsalar və o da öz elmini gizlətsə, ağzına oddan bir cilov vurular. (…yə`ni elmsizlik ucbatından sərgərdan qalan və vəzifəsinin nə olduğunu bilməyən cahil şəxslərə yol göstərməyə və onların həyatını səadətə çatdırmağa qadir olduğu halda sükut edən elmli bir şəxs böyük bir günaha mürtəkib olmuşdur.)

İsna-əşəriyyə /11.

***

106–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qur`ani-kərim bir ilahi ədəb məktəbidir. Bacardığınız qədər onun ədəb qaydalarını öyrənin.

Biharul-ənvar /92/19.

***

107–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən mö`min şəxsin ölümündən sonra gözəl əməllərinə, yaxşılıqlarına əlavə olunan şeylər onun öyrənib yaydığı elm, qoyub getdiyi əməli-saleh övlad və irs qoyduğu Qur`andır.

Sünəni ibni Macə.

***

108–Əbdüssalam deyir: İmam Riza əleyhissalam buyurdu: Allah bizim əmrimizi dirçəldən şəxsə rəhmət etsin! Soruşdum ki, sizin əmriniz necə dirçələr? Buyurdu: Bizim elmlərimizi öyrənib onları camaata öyrətməklə. Çünki, kəlamımızın gözəlliklərini bilən şəxslər, hökmən bizə tabe olarlar.

Məanil-əxbar /180

ALİMLƏRİN FƏZİLƏT VƏ ƏHƏMİYYƏTİ

109–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətin hamısı əməli-saleh olar və əgər fəsad etsələr, ümmətim də fəsada düşər. Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu: Fəqihlər (din alimləri) və əmirlər (hökumət işçiləri).

Biharul-ənvar /2/49.

***

110–İmam Baqir əleyhissalam buyurur: Əgər alimin hüzurunda otursan, danışmaqdan çox eşitmək üçün həris ol, yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə.

Biharul-ənvar /1/222.

***

111–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ya Əli, Cəbrail adəm övladında olan yeddi gözəl xüsusiyyətə görə insan zümrəsindən olmağı arzu edərdi: 1. Camaat namazı qılmaq, 2. Alimlərlə oturub-durmaq, 3. İki nəfəri barışdırmaq, 4. Yetimə nəvaziş etmək, 5. Xəstələrə baş çəkmək, 6. Dəfn mərasimində iştirak etmək, 7. Həcc mərasimində susuzlara su vermək. Bu işləri görməyə tələs!

İsna-əşəriyyə /245.

***

112–İmam Əli əleyhissalam buyurur: Həqiqətən hikmət sahiblərinin sözü gerçək olduqda dərman, yanlış olduqda isə dərd-bəladır.

Nəhcül-bəlağə, kəlimati qisar /265.

***

113–İmam Həsən Əskəri əleyhissalam buyurur: Bizim şiələrimizin alimləri islam dininin sərhədçiləridir. Bizim ardıcıllarımızdan hər kəs bu vəzifəni öhdəsinə alsa, Rum qoşunları ilə cihada gedən şəxsdən daha fəzilətli olar. Çünki o, bizi sevənlərin din sərhədlərini müdafiə edir.

Əl-ihticac /2/155.

***

114–İmam Riza əleyhissalam buyurur: Agah olun və bilin ki, fəqih (din alimi) o şəxsdir ki, xalqa xeyir, fayda versin, onları düşmənlərdən qorusun, Allahın Cənnət ne`mətlərini onlar üçün artırsın, onları düz yola hidayət etməklə onlar üçün Allahın rizvanını kəsb etsin.

Biharul-ənvar /2/5.

***

115–İmam Əli əleyhissalam buyurur: Həqiqətən alimin əcri, savabı oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır. Bir alim ölən zaman islama elə bir ağır xəsarət dəyir ki, bu xəsarəti yalnız onun öz yerinə qoyduğu xələf cübran edə bilər.

Biharul-ənvar /2/43.

***

116–İmam Əli əleyhissalam buyurur: Mal-dövlət yığanlar diri ikən ölüdürlər. Alimlər isə dünya durduqca diridir (və bəşəriyyət onların elmi əsərlərindən istifadə edir), cəsədləri torpaqlara qarışır, özləri isə qəlblərdə yaşayır.

Nəhcül-bəlağə, kəlimati qisar /147.

***

117–İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən müsəlmanların işləri, səmavi hökmlərin icrası ilahi alimlərin əlindədir. Onlar Allahın halal və haram buyurduğu işlərdə əmanətdarlardır.

Tühəful-üqul /172.

QİYAMƏTİ XATIRLAMAQ

118–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İsa əleyhissalamın səhabələri dedilər: Ey Ruhullah, kiminlə oturub-duraq? Buyurdu: O kəslə oturub-durun ki, onu görmək sizə Allahı xatırlatsın, danışığı sizin elminizi artırsın, əməlləri sizi axirətə rəğbətləndirsin.

Biharul-ənvar /1/203.

***

119–İmam Əli əleyhissalam buyurur: Əsla heç bir şey səni axirət dünyası üçün əməl etməkdən saxlamasın. Çünki fürsət çox azdır...

Ğürərul-hikəm /335.

***

120–İmam Əli əleyhissalam buyurur: Hər kəs axirətini dünyasına satsa, hər ikisini əldən verər.

Ğürərul-hikəm /274.

***

121–İmam Əliyyibni Məhəmməd Hadi əleyhissalam buyurur: Öz əhli-əyalın qarşısında öləcəyin və səni ölümdən xilas edəcək bir təbibin, sənə kömək edəcək bir dostun olmayacağı günü yada sal, xatırla!...

Biharul-ənvar /78/370.

TÖVBƏ

122–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən Cəhənnəm əhlinin nalələrinin əksəriyyəti tövbəni tə`xirə saldıqları üçündür.

Əl-məhəccətul-Beyza.

***

123–İmam Baqir əleyhissalam buyurur: Etdiyi günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir.

Vəsailuş-şiə /16/74.

***

124–İmam Əli əleyhissalam buyurur: (Tövbə) və yaxşı əməlləri tə`xirə salanlar çox olub ki, qəflətən əcəl onları haqlayıb.

Ğürərul-hikəm /240.

***

125–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ya Əli, xoş o kəsin halına ki, Allah-taala ona nəzər sala və o da Allahdan başqa heç kəsin xəbərdar olmadığı günahları üçün ağlaya.

Hədislərdə tövsiyə olunmuşdur ki, insan öz günahlarını başqalarına deməsin və onları yalnız Allah dərgahında e`tiraf etməklə Ondan bağışlanmaq diləsin.

Biharul-ənvar /77/63.

***

126–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən Allah-taala hər gecə dünya asimanına, gecənin son üçdə bir hissəsində, cümə gecəsi isə gecənin əvvəlində bir mələk nazil edib əmr edir ki, nida edib desin: Bir şey istəyən varmı ki, istədiyi şeyi əta edəm? Bir tövbə edən varmı ki, Mən onun tövbəsini qəbul edəm? Günahlarının bağışlanmasını istəyən bir şəxs varmı ki, Mən onun günahlarını bağışlayam?

(Cümə gecələrinin yuxusu Həsrət yuxusu adlandırılıb. Çünki qiyamət günü cümə gecələrini yatıb yuxuya qalanlar həddindən artıq təəssüflənərlər.)

Biharul-ənvar /3/314.

***

127–İmam Sadiq əleyhissalam buyurur: Günah qapılarını istiazə (əuzu billahi minəşşeytanir-rəcim) deməklə bağlayın, itaət qapılarını isə Bismillahir-rəhmanir-rəhim deməklə açın.

Biharul-ənvar /92/216.

MÖ`MİNLƏRİN HEYSİYYƏTİNİ QORUMAQ

128–İmam Baqir əleyhissalam buyurur: Mö`minin başqa mö`min üzərindəki vacib haqlarından biri budur ki, onun (hətta) yetmiş böyük günahını gizlətsin.

Biharul-ənvar /74/301.

***

129–İmam Əli əleyhissalam buyurur: Müsəlman qardaşının üzrünü qəbul et. Əgər onun üzrü olmasa, sən özün onun üçün üzr düzəlt!

Biharul-ənvar /74/165.

***

130–İmam Əli əleyhissalam buyurur: Xəyanətlərin ən qəbahətlisi müsəlman şəxsin gizli sirlərini faş etməkdir.

Müstədrəkul-vəsail /12/305, N.14155.

***

131–İmam Əli əleyhissalam buyurur: Xəta etmiş şəxsə camaat arasında nəsihət vermək, həqiqətdə onun şəxsiyyətini alçaltmaqdır. (Gərək gizlində nəsihət verilsin.)

Ğürərul-hikəm /322.

***

132–İmam Sadiq əleyhissalam buyurur: Allah dərgahında ən sevimli əməllərdən biri mö`mini sevindirmək, ac olarsa onu doyurmaq, qəm-qüssəsini dağıtmaq və borcunu ödəməkdir.

Kafi /2/192.

SALEH ƏMƏLLƏR

133–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından daha üstündür.

Biharul-ənvar /76-43.

***

134–İmam Əli əleyhissalam buyurur: Hər kəs səndən xeyir umursa, onu ümidsiz etmə.

Nəhcül-bəlağə /511.

***

135–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxşı iş görən qədər savab alar.

Biharul-ənvar /96/119.

***

136–İmam Sadiq əleyhissalam buyurur: Altı xislət vardır ki, mö`min öləndən sonra ondan faydalanar: 1. Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad, 2. Özündən sonra oxunan Qur`an, 3. Camaatın istifadəsi üçün qazılan quyu, 4. Əkdiyi ağac, 5. Ehsan üçün cari etdiyi su, 6. Özündən sonra camaatın əməl etdiyi gözəl sünnət.

Xisal /323.

***

137–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əgər ümmətim üçün çətin olmasaydı, hər namaz vaxtı dişləri yumağı vacib edərdim.

Biharul-ənvar /76/126.

ƏDALƏTSİZLİK VƏ ZÜLM

138–Peyğəmbər (s.ə.v.v.) buyurur: Qiyamət günü nida edən mələk səslənər: Haradadır zülmkarlar və onların köməkçiləri, onlara (kağız)-qələm hazırlayanlar, onların kisələrini möhkəm bağlayanlar və ya onların qələmlərinə mürəkkəb əldə edənlər? Bunların hamısını onlarla (zalımlarla) birlikdə həşrə gətirin.

Səvabul-ə`mal /309.

***

139–İmam Əli əleyhissalam buyurur: Allaha and olsun, əgər dünyanı və dünyada mövcud olanları, qarışqanın ağzından bir arpa dənəsinin qabağını zülmlə alaraq Pərvərdigarıma günah edim deyə, mənə versələr, heç vaxt bu işi görmərəm (və Pərvərdigarıma bu qədər də günah etmərəm).

Nəhcül-bəlağə /347.

***

140–İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Zülm üç növdür: (Birincisi) o zülmlərdir ki, izzət və cəlal sahibi olan Allah onu bağışlayar. (İkincisi) o zülmlərdir ki, Pərvərdigar onu bağışlamaz. (Üçüncüsü isə) o zülmlərdir ki, Allah-taala onu (digərlərinə) saxlayar. Pərvərdigarın bağışlamayacağı zülm izzət və cəlal sahibi olan Allaha (hər hansı bir şeyi) şərik qərar verməkdir. Allah-taalanın bağışlayacağı zülmlər isə bəndələrlə Pərvərdigar arasında, onların öz nəfslərinə etdikləri zülmlərdir. Amma Allah-taalanın (digərlərinə) saxlayacağı və (göz yummayacağı) zülmlərə gəldikdə isə, o, insanların bir-birinin hüquqlarının pozamsından ibarətdir.

Kafi /2/330.

***

141–İmam Əli əleyhissalam buyurur: Zülm ayaqları sürüşdürər, ne`mətləri əldən alar və ümmətləri məhvə doğru çəkər.

Ğürərul-hikəmin təsnifi /456.

***

142–Əli əleyhissalam buyurur: Bilmək lazımdır ki, heç bir şey ilahi ne`mətləri aradan aparmaqda, bəla və əzabların (artmasında) sür`ətində zülmkarlıq qədər tə`sirli ola bilməz.

Nəhcül-bəlağə, 53-cü məktub.

MÜSƏLMAN QARDAŞIN HÜQUQLARI

143–Peyğəmbər (s.ə.v.v.) buyurur: Hər kəs bir mö`mini qəm-qüssəli etsə və sonra ona dünyanı əta etsə, bu onun əvəzi (günahının kəffarəsi) ola bilməz və belə bəxşişə heç bir savab verilməz (amma əgər tövbə edib o şəxsi razı salsa, bağışlanar).

Biharul-ənvar /75/150.

***

144–İmam Kazim əleyhissalam buyurur: Din qardaşının haqlarından biri də budur ki, sən dünya və axirət faydalarından heç bir şeyi ondan gizlətməyəsən.

Biharul-ənvar /2/75.

***

145–İmam Həsən əleyhissalam buyurur: Camaatın səninlə necə (gözəl) rəftar etmələrini istəyirsənsə, sən də camaatla o cür rəftar et.

Biharul-ənvar /78/116.

***

146–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allah rəhmət etsin o kəsə ki, haqqı dirçəldər, batili aradan aparar, zülmü qəbul etməz və ədaləti bərqərar edər.

Ğürərul-hikəm /181.

***

147–İmam Sadiq əleyhissalam buyurur: Dörd şey peyğəmbərlərin əxlaqındandır: Yaxşılıq, səxavət, xoşagəlməz hadisələrdə səbr etmək, mö`minin haqqını yerinə yetirmək üçün tədbir görmək.

Tuhəful-üqul /277.

***

148–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ümmətin ümumi təbəqəsi dinin dayağı, müsəlmanların birlik səbəbi və din düşmənləri ilə döyüşmək üçün təchiz olunmuşlardır. Buna görə də gərək onlara səfa-səmimiyyət və məhəbbət göstərəsən.

Nəhcül-bəlağə, /53/429-cu məktub.

***

149–İmam Sadiq əleyhissalam buyurur: Allah-taalaya mö`min şəxsin haqqını əda etməkdən fəzilətli bir yolla ibadət olunmaz.

Kafi /2/170.

***

150–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs mö`min bir şəxsə əziyyət versə, şübhəsiz mənə əziyyət vermişdir.

Biharul-ənvar /67/72.

***

151–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs mö`min bir şəxsin malını nahaq yerə qəsb etsə, tövbə etməyib, malı sahibinə qaytarmayınca, Allah-taala ondan razı olmaz, gözəl və saleh əməllərini qəbul etməz və onları yaxşı əməllərdən saymaz.

Müstədrəkul-vəsail /17/79.

SALAM

152–Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: Bir-birinizlə qarşılaşanda salamlaşıb görüşün və bir-birinizdən ayrılanda isə bağışlanmaq istəməklə ayrılın.

Biharul-ənvar /76/4.

***

153–Hüseyn ibni Əli əleyhissalam buyurur: Salam üçün yetmiş savab vardır, altmış doqquzu salam verənin, biri isə salam alanındır.

Biharul-ənvar /78/120.

***

154–İmam Sadiq əleyhissalam buyurur: Rəsuli-əkrəm Əbdül Müttəlib övladlarını bir yerə yığıb buyurdu: Ey Əbdül Müttəlib övladları! Salamı aşkar edin, qohum-əqrəbanızla qohumluq əlaqələri bərqərar edin, camaat yatmış olduğu halda gecə namazı qılın, (aclara) təam verin, danışığınızı gözəl edin ki, behiştə sağlamlıqla daxil olasınız.

Biharul-ənvar /69/393.

***

155–İmam Sadiq əleyhissalam buyurur: Salamı birinci verən Allah və Onun Rəsulunun yanında ən əziz şəxsdir.

Vəsailuş-şiə /12/55.

ƏMR BE MƏ`RUF VƏ NƏHY ƏZ MÜNKƏR

156–Allah-taala buyurur: Sizin aranızda bir dəstə olmalıdır ki, camaatı yaxşılıqlara də`vət edib, pis işlərdən çəkindirsin. Bunlar nicat tapanlardır.

Ali-İmran surəsi, 104-cü ayə.

***

157–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Mənim ümmətim əmr be mə`ruf və nəhy əz münkərdə səhlənkarlıq edib bu mühüm vəzifəni yerinə yetirməyi bir-birinə həvalə etsələr, bilsinlər ki, Allah ilə müharibəyə qalxmışlar.

Biharul-ənvar /100/92.

***

158–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kəs qəlbi, dili və ya əli ilə nalayiq və pis işlərdən çəkindirməyi tərk etsə, diri insanlar arasında gəzən ölüdür.

Biharul-ənvar /100/94

***

159–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Bir müsəlmanı haram işdən çəkindirməyin mükafatı, Allah yanında yetmiş qəbul olunmuş həcdən daha üstündür.

Müstədrəku-vəsailiş-şiə /11/278.

***

160–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Yaxşı işlərə əmr et və özün də yaxşı iş görənlərdən ol, pis işlərdən əlinlə və dilinlə çəkindir və çalış, onu görən şəxslərə qoşulmayasan. Allah yolunda var gücünlə, ləyaqətlə mübarizə et, Allah barəsində tə`nə vuranların yaramaz sözləri səni mütəəssir etməsin.

Nəhcül-bəlağə /392, 31-ci məktub.

***

161–İmam Baqir əleyhissalam buyurur: Həqiqətən yaxşı işlərə çağırış və pis işlərin qarşısını almaq peyğəmbərlərin, saleh şəxslərin yoludur. Bu əzəmətli bir vacib əməldir ki, onunla vacib işlər bərqərar olunar, sair e`tiqad üsulları amanda qalar, onun vasitəsilə kəsblər, qazanclar halallıq tapar, zülmlər aradan gedər və yer üzü ədalətlə abad olar.

Kafi /5/56.

***

162–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Dinin və şəriətin davam gətirməsi əmr be mə`ruf, nəhy əz münkər və ilahi hədlərin tətbiq olunması ilədir.

Ğürərul-hikəm /136.

***

163–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs yaramaz bir iş baş verdiyini görən zaman bacarırsa əli ilə onun qarşısını almalı və əgər bacarmırsa dili ilə bu işə mane olmalı və əgər buna da qadir deyilsə qəlbən e`tirazını bildirməlidir.

Vəsailuş-şiə /16/135.

***

164–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əmr be mə`ruf və nəhy əz münkər işini yerinə yetirən şəxs Allahın və Onun Rəsulunun yer üzündəki xəlifəsidir.

Müstədrəkul-vəsail /12/179.

***

165–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Nə qədər ki, mənim ümmətim əmr be mə`ruf, nəhy əz münkər edib yaxşı və təqvalı işlərdə əlbir olsalar səadətdə və xoşbəxtlikdə yaşayacaqlar. Amma əgər bu işləri tərk etsələr xeyir-bərəkət aralarından gedər.

Təhzib /6/181.

***

166–İmam Əli əleyhissalam oğlanları imam Həsən və Hüseyn əleyhiməssalama vəsiyyətində (məl`un ibni Mülcəm tərəfindən zərbətləndikdən sonra) buyurur: Allah-Allah (sizi and verirəm Allaha) cihaddan qafil olmayın, öz malınız, canınız və dilinizlə Allah yolunda cihad etməkdən qafil olmayın... Əmr be mə`ruf və nəhy əz münkəri tərk etməyin, əks təqdirdə ümmətin ən şər insanları sizə hakim kəsilər və o zaman dua edərsiniz, amma qəbul olunmaz.

Nəhcül-bəlağə /422, 47-ci məktub.

***

167–İmam Əli əleyhissalam buyurur: Əmr be mə`ruf bəndələrin ən fəzilətli əməlidir.

Müstədrəkul-vəsail /12/185.

***

168–İmam Sadiq əleyhissalam buyurur: Bütün yaxşı əməllər Allah yolunda cihad, əmr be mə`ruf və nəhy əz münkər işi ilə müqayisədə tufanlı dərya müqabilində ağız suyuna bənzəyir.

Biharul-ənvar /100/89.

***

169–İmam Baqir əleyhissalam buyurur: Allah-taala Şüeyb peyğəmbərə vəhy nazil etdi: Həqiqətən sənin qövmündən yüz min nəfərə əzab verəcəyəm. Onlardan qırx mini pis adamlar, altmış mini isə yaxşı adamlardır. Şüeyb ərz etdi: Ey Rəbbim, onlar ki, pislərdir sözüm yoxdur, amma yaxşı insanların günahı nədir? Allah-taala ona vəhy etdi: Onlara əzab verməyimin səbəbi budur ki, onlar günahkarların işləri qarşısında razı olub sükut etdilər və günahkarlar asi olan vaxtda Mənim qəzəbimlə qəzəblənmədilər (günahkarların puç və yaramaz əməllərini, qanunu pozmalarını gördülər və səhlənkarlıq edib əmr be mə`ruf nəhy əz münkər etmədilər).

Kafi /5/56.

***

170–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Yaxşılıqlara əmr edin, pisliklərdən çəkindirin və bilin ki, əmr be mə`ruf və nəhy əz münkər sizin əcəlinizi yaxınlaşdırmaz və ya ruzinizi kəsməz.

Vəsailuş-şiə /16/120.

***

171–İmam Sadiq əleyhissalam buyurur: Vay olsun o kəslərə ki, əmr be mə`ruf və nəhy əz münkər etmək vasitəsilə Allahın dinini himayə etmirlər.

Müstədrəkul-vəsail /12/181.

 

 

DİL VƏ ONUN BƏLALARI

172–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.

Biharul-ənvar /71/286.

***

173–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Heç bir şey dil qədər həbs olunmağa daha layiq deyildir (çünki günahların əksəriyyəti dilin vasitəsi ilə baş verir: Qeybət, yalan, töhmət, məsxərə, dil yarası və sair).

Biharul-ənvar /71/177.

***

174–İmam Əli əleyhissalam buyurur: Fikirləş sonra danış ki, azğınlıqlardan amanda qalasan.

Ğürərul-hikəm /228.

***

175–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İnsanın fəlakəti üç şeydədir: qarnında, şəhvətində və dilində. (Acgözlük, cinsi düşkünlük və boşboğazlıq. Red.)

Vəqayeul-əyyam /297.

***

176–İmam Baqir əleyhissalam buyurur: İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.

Biharul-ənvar /78/178.

QEYBƏT VƏ EYB AXTARMAQ

177–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür.

Kafi /2/357.

***

178–İmam Əli əleyhissalam buyurur: Qeybəti eşidən qeybət edən qədər günah qazanar.

Ğürərul-hikəm /307.

***

179–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybəti tərk etmək Allah yanında on min rəkət müstəhəb namaz qılmaqdan daha əzizdir.

Biharul-ənvar /75/261.

***

180–Əbdül-mö`min Ənsari deyir: İmam Musa ibni Cə`fər əleyhissalamın yanına getdim. Məhəmməd ibni Əbdüllah Cə`fəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: Onu sevirsənmi? Dedim: Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm. Buyurdu: O, sənin qardaşındır, mö`min mö`minin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən kəs məl`undur. Mö`min qardaşını aldadan hər kəs məl`undur; öz mö`min qardaşına nəsihət verməyən kəs məl`undur, mö`min qardaşının qeybətini edən şəxs də məl`undur.

Biharul-ənvar /75/262.

***

181–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin.

Təraiful-hikəm /176.

***

182–İmam Musa ibni Cə`fər buyurur: Mö`min qardaşının qeybətini edən şəxs məl`undur.

Biharul-ənvar /75/262.

***

183–Ənəs ibni Malik deyir: Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu: Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum…

1. Danışanda (hədis deyəndə) yalan deməyin;

2. Verdiyiniz və`dələrə xilaf çıxmayın;

3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin;

4. Öz gözlərinizi haramdan saxlayın;

5. Öz cinsiyyət üzvlərinizi haramdan qoruyun;

6. Əllərinizi və dilinizi yaramaz işlərdən qoruyun.

Xisal /321.

***

184-İmam Həsən Əskəri əleyhissalam buyurur: Bütün günah və çirkin əməllər bir evdə qoyulmuşdur, onun açarı isə yalan danışmaqdır.

Biharul-ənvar /72/263.

***

185–İmam Səccad əleyhissalam buyurur: Yalandan uzaq olun, istər kiçik olsun, istərsə böyük; istər ciddi olsun, istərsə də zarafat. Çünki, əgər bir nəfər kiçik yalanlara adət etsə, böyük yalanlara da cür`ət tapar.

Tuhəful-üqul /201.

***

186–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Haqq ilə batil arasındakı məsafə dörd barmaq qədərindədir. (Gözlə qulaq arasındakı məsafə nəzərdə tutulur.) Gözlə gördüklərin həqiqət, qulaqla eşitdiklərinin əksəriyyəti isə batildir.

Biharul-ənvar /75/196.

***

187–İmam Baqir əleyhissalam buyurur: Həqiqətən Allah-taala şər əməllər üçün müxtəlif qıfıllar qoymuşdur, o qıfılların açarları isə şərabdır. Amma yalan danışmaq şərabdan da şiddətlidir, pisdir.

Kafi /2/339.

***

188–İmam Əli ibni Musər-Riza əleyhissalam buyurur: Düz danışın və yalandan uzaq olun!

Biharul-ənvar /78/347.

DOST VƏ DOSTLUQ

189–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər insan öz dostunun, yoldaşının dininin tə`siri altında olur, ona görə də kimlərlə dostluq etməyinizdə diqqətli olun.

Biharul-ənvar /74/192.

***

190–İmam Sadiq əleyhissalam buyurur: Elə bir şəxslə dost ol ki, sənə zinət olsun, amma o kəslə dost olma ki, sən ona zinət olasan (yə`ni həmişə özündən yaxşı kəslə dostluq et ki, mə`nəvi irəliləyişlərə çatasan).

Biharul-ənvar /76/267.

***

191–İmam Sadiq əleyhissalam buyurur: Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.

Biharul-ənvar /76/282.

***

192–İmam Cə`fər Sadiq əleyhissalam öz atasından, o, da öz cəddindən belə nəql edir: Əli əleyhissalam buyurdu: Həqiqətən müsəlman şəxsin üç dostu var. Onlardan biri deyir ki, mən həm sağlığında, həm də öləndən sonra səninlə dostam. O dost hər bir şəxsin öz əməlidir. Bir dost da deyir ki, mən qəbrə qədər səninləyəm, orada səni tərk edəcəyəm. O da onun övladlarıdır. Bir dost da deyir ki, mən səninlə ölənə qədər dostam. Bu da onun sərvəti, malıdır ki, ölən kimi varislərin ixtiyarına keçir.

Xisal /1/114.

***

193–İmam Sadiq əleyhissalam buyurur: Düz işlər görən və düz danışan şəxslərlə dostluq et və sə`y et ki, onlardan çoxlu mə`rifət kəsb edəsən. Çünki onlar sənin rifahda yaşadığın vaxtlarda arxan, müsibət baş verdikdə isə köməklərindir.

Biharul-ənvar /74/187.

***

194–İmam Səccad əleyhissalam buyurur: Yaxşı və saleh insanlarla oturub-durmaq insanı layiqli olmağa vadar edir...

Biharul-ənvar /78/141.

***

195–İmam Səccad əleyhissalam buyurur: Günahkarlarla yoldaşlıqdan, zalımlara kömək etməkdən uzaq olun.

Biharul-ənvar /78/151.

PİS DOST

196–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah dostlarının barəsində nalayiq danışan bir şəxsin yanında otursa, şübhəsiz Allah-taalaya qarşı günah etmişdir.

Kafi /2/379.

***

197–İmam Sadiq əleyhissalam buyurur: Kaş bir şəxsin günah etməsindən xəbərdar olduqda onun yanına gedib deyərdiniz: Ey filankəs, ya bu günahdan, ya da məndən əl çək. Əgər sənin sözlərinə qulaq asmasa, ondan ayrılın.

Vəsailuş-şiə /16/146.

***

198–Məhəmməd ibni Müslüm İmam Sadiq əleyhissalamdan, o da öz atasından belə rəvayət edib: Atam Əli ibni Hüseyn əleyhissalam mənə dedi: Ey oğul, beş cür insanlarla yoldaşlıq etmə, onlarla danışma və onlarla yol getmə.

İmam Baqir əleyhissalam soruşdu: Atacan, onlar kimlərdir, buyurun.

Həzrət buyurdu…

Yalançılarla yoldaşlıq etmə, çünki onlar ilğım kimidir, yaxını uzaq, uzağı isə yaxın göstərər.

Fasiq (günahkar) şəxslərlə yoldaşlıq etmə, çünki onlar səni bir tikə çörəyə, yaxud ondan da az qiymətə satar.

Paxıllarla yoldaş olma, çünki ehtiyaclı olduğun vaxtda səni maldan məhrum edər.

Axmaq şəxslərlə yoldaş olma, çünki o sənə xeyir çatdırmaq istəyər, amma nadanlıq ucbatından zərər yetirər.

Qohum-əqrəbası ilə əlaqələrini kəsən bir şəxslə yoldaşlıq etmə, çünki mən Allahın kitabında onu üç yerdə lə`nətlənmiş gördüm.

Kafi /2/641.

***

199–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ey Kumeyl, hər bir halda haqqı de və müttəqiləri, pərhizkarları sev, fasiq (günahkar və nadürüst) adamlardan uzaq ol, münafiqlərlə yoldaşlıq etmə, xainlərlə bir yerdə oturub-durma.

Müstədrəkul-vəsail /12/197.

***

200–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs öz mö`min və dindar qardaşının bir dünya qəm-qüssəsini aradan qaldırsa, Allah-taala da o şəxsin qiyamət qəm-qüssəsindən birini aradan aparar.

Əəhabul-əxbar /194.

***

201–İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən insanların sizə olan ehtiyacı Allah-taalanın sizə əta etdiyi ne`mətlərdəndir. Belə isə bu ne`mətlərdən yorulmayın (ehtiyacı olanların ehtiyacını tə`min edin).

Biharul-ənvar /74/318.

***

202–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Sizlərdən bir şəxs, müsəlman qardaşının çətinliyə düşdüyünü bilsə, dərhal onu həll etsin və macal verməsin ki, o, öz istəyini dilinə gətirsin.

Biharul-ənvar /74/166.

***

203–İmam Sadiq əleyhissalam öz babalarından və onlar da Rəsuli-əkrəmdən (s.ə.v.v.) belə nəql edir ki, Həzrət buyurmuşdur: Hər kəs bir mö`min şəxsi aclıqdan qurtarıb ona təam versə, Allah-taala ona cənnət meyvələrindən əta edər. Hər kəs bir şəxsin çılpaqlığını libas ilə örtsə, Allah-taala onu istəbrəq və ipəklə geyindirər. Hər kəs susuz şəxsə bir içim su versə, Allah-taala rəhiqi-məxtum ilə onu sirab edər. Hər kəs bir mö`minə kömək etsə və ya onun çətinliklərinə kömək edib aradan qaldırsa, Allah onu qiyamət günündə Öz ərşinin kölgəsində qərar verər.

Biharul-ənvar /74/382.

***

204–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xalq (insanlar) Allahın əyalıdır (çörək yeyənləridir) Allah bəndələri içərisində Onun dərgahına ən sevimli şəxs Allahın çörək yeyənlərinə fayda verən və hər hansı ev əhlinə şadlıq bağışlayandır.

Kafi /2/164.

***

205–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs bir mö`minə kömək etsə, Allah onun yetmiş üç çətinliyini aradan qaldırar. Onlardan biri dünyada, yerdə qalan yetmiş ikisi isə böyük çətinliklər günündədir. Sonra buyurdu: Hər kəs yalnız öz halına məs`ul olan zaman (yə`ni hər kəs öz əməlinin giriftarı olduğu qiyamət günü).

Kafi /2/199.

***

206–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəsin müsəlman qardaşı ona müraciət etsə (yə`ni ondan borc istəsə) amma o borc verməsə Allah-taala ehsan sahibinə mükafat verdiyi bir gündə onu cənnətdən məhrum edər.

Biharul-ənvar /76/369.

***

207–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəsin müsəlman qardaşı borc almaq üçün ona müraciət etsə və o da borc verməsə, Allah-taala qiyamət günü ehsan sahiblərinə mükafat verərkən onu cənnətdən məhrum edər.

Biharul-ənvar /76/367.

***

208–Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: Alimlərdən soruşun, hikmət sahibləri ilə həmsöhbət olun və fəqirlərlə oturub-durun.

Tuhəful-üqul /34.

***

209–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Mal-dövlətin, sərvətin aradan getməsinin səbəbi möhtaclara e`tinasız yanaşmaqdadır.

Ğürərul-hikəm /4/190.

***

210–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Me`rac gecəsində Allah-taaladan xitab gəldi: Ey Əhməd, Mənim məhəbbətim kasıbları və fəqirləri sevməkdir. Belə isə fəqirləri özünüzə yaxınlaşdırın, onlara öz yanınızda yer verin ki, Mən də sizə yaxın olum.

Əl-həyat /2/51.

***

211–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs ac bir mö`minə doyunca yemək versə, aləmlərin Rəbbi Allahdan başqa heç kəs, hətta məxluqat içərisində müqərrəb mələk və mürsəl nəbi də onun əcr və savabını bilməz. (Sonra buyurdu): Günahların bağışlanma səbəbindən biri də ac müsəlmana təam verməkdir. (Daha sonra bu ayəni tilavət etdi…) ...Yaxud öz qohumlarından olan yetimə və ya qəhətlik və aclıq günündə ağır vəziyyətdə olan miskinə təam verən... (ki, hər biri bir növ bağışlanma səbəbidir. Red.)

Kafi /2/201.

MÖ`MİNİ SEVİNDİRMƏK VƏ BƏXƏİƏ

212–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Sədəqə öz sahibinin əlindən çıxan zaman (yə`ni kasıblara verilərkən) ona deyər: Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam.

İsna-əşəriyyə /223.

***

213–İmam Kazim əleyhissalam buyurur: Hər kəs mö`mini sevindirsə, əvvəl Allahı, sonra Onun Peyğəmbərini, daha sonra isə bizi (Əhli-beyti) sevindirmişdir.

Biharul-ənvar /74/314.

***

214–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Həqiqətən Allah-taala fəqir və kasıbların ehtiyaclarını, xərclərini varlıların sərvətində qoymuşdur. Deməli, bir fəqir ac qalarsa, bu hansısa bir sərvətlinin onun haqqını verməkdən imtina etməsi səbəbi ilə olmuşdur.

Nəhcül-bəlağə /533, Kələmati-qisar /328.

***

215–İmam Sadiq əleyhissalam buyurur: Allaha and olsun, hər kəs öz mal-dövləti ilə möhtac və çətinlikdə olan bir mö`minin köməyinə tələsməsə, behişt yeməklərindən və təamlarından məhrum olar və rəhiqi-məxtumdan heç nə içməz.

Biharul-ənvar /75/314.

***

216–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Nə qədər ki, mənim ümmətim bir-biri ilə sədaqətlə davranır, əmanəti sahibinə qaytarır və öz mal-dövlətinin zəkatını verir, həyatları gözəl tərzdə olacaqdır. Amma əgər belə etməsələr (bu əməlləri yerinə yetirib vəzifəni icra etməsələr) qəhətlik və çətinliklərlə üzləşəcəklər.

Vəsailuş-şiə /6/13.

***

217–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ey Adəm övladı, səndən sonrakı varislərin sənin halal malını necə xərcləməsini istəyirsənsə, diri ikən həmin cür özün xərclə.

Nəhcül-bəlağə /512, Kəlimati-qisar /254.

***

218–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Sədəqə verin və öz xəstələrinizi sədəqə vasitəsilə müalicə edin. Çünki sədəqə xoşa gəlməz hadisələri və xəstəlikləri dəf edir, ömrün uzanmasına, mal-dövlətin artmasına səbəb olur.

Kənzul-ümmal /6/371.

***

219–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Məni asimanlarda seyr etdirən zaman behiştin qapısında üç sətir yazı gördüm. Birinci sətirdə Bismillahir-rəhmanir-rəhim. Mən o Allaham ki, Məndən başqa heç bir mə`bud yoxdur, rəhmətim qəzəbimdən irəlidədir –yazılmışdı.

İkinci sətirdə isə Bismillahir-rəhmanir-rəhim. Sədəqə verməyin on, borc verməyin on səkkiz və qohum-əqrəba ilə gediş-gəlişin otuz qat savabı vardır –yazılmışdı.

Üçüncü sətirdə isə Hər kəs Mənim Pərvərdigar olmağımı, qədir-qiymətimi və məqamımı bilsə, Məni ruzi barəsində müttəhim etməz –yazılmışdı.

İsna-əşəriyyə /85.

***

220–Tavus ibni Yəman deyir: Əli ibni Hüseyn əleyhissalam buyurdu: Mö`minin beş nişanəsi vardır. Dedim: Hansılardır, ey Peyğəmbər övladı? Buyurdu: Xəlvətdə təqvalı olmaq, mal-dövləti az olarkən sədəqə vermək, müsibət baş verərkən səbr etmək, qəzəblənərkən həlim olmaq və qorxarkən düz danışmaq.

Xisal /127.

QOHUM-ƏQRƏBAYA BAŞ ÇƏKMƏK

221–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs ruzisinin bol, ömrünün uzun olmasını istəyirsə, gərək öz qohum-əqrəbası ilə gediş-gəliş etsin (onlara baş çəksin, çatışmamazlıqlarını, çətinliklərini həll etsin).

Biharul-ənvar /74/89.

***

222–İmam Riza əleyhissalam buyurur: Mal-dövlət yığmaq yalnız beş xüsusiyyətlə mümkündür: Həddindən artıq paxıllıq, uzun-uzadı arzu, çox hərislik, qohum-əqrəba ilə qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq. (Yə`ni bir şəxs paxıl, həris olmadığı, uzun-uzadı arzu etmədiyi, öz yoxsul qohum-əqrəbalarına baş çəkmədiyi və axirətini dünyadan üstün tutmadığı bir halda varlı ola bilməz).

Biharul-ənvar /73/138.

***

223–İmam Baqir əleyhissalam buyurur: Sileyi-rəhim və qohum-əqrəba ilə əlaqələrin davam etdirilməsi, əməlləri xalis edər, mal-dövləti çoxaldar, bəlanı uzaqlaşdırar, hesab-kitabı asan edər və ömrü uzadar.

Kafi /2/150.

***

224–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Üç tayfa cənnətə daxil olmaz: Şərab içən, cadugər və qohum-əqrəbası ilə əlaqələrini kəsən.

Xisal /179.

VALİDEYNƏ YAXŞILIQ

225–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Allahın razılığı valideynin razılığı, qəzəbi də valideynin qəzəbi ilədir.

Müstədrəkul-vəsail /15/176.

***

226–İmam Sadiq əleyhissalam buyurur: Ən fəzilətli əməllər, namazın vaxtında qılınması, valideynə yaxşılıq və Allah yolunda cihad etməkdir.

Biharul-ənvar /74/85.

***

227–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah-taalanın onun ölüm anlarındakı çətinliklərini asanlaşdırmasını istəyirsə, qohum-əqrəbası ilə sıx əlaqədə olsun, valideyninə yaxşılıq eləsin. Əgər belə edərsə, Allah-taala o şəxsin ölüm anlarını asanlaşdırar və həyatında heç vaxt fəqirliklə qarşılaşmaz.

Səfinətul-bihar /2/553.

***

228–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs valideynlərinə, hətta onlar zülm etmiş olsalar belə, qəzəblə baxsa, Allah-taala onun heç bir namazını qəbul etməz.

Kafi /2/349.

***

229–İmam Sadiq əleyhissalam buyurur: Öz valideynlərinizə yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər camaatın namusuna toxunmayın ki, sizin də qadınlarınız iffətli olsunlar.

Kafi /5/554.

***

230–İmam Sadiq əleyhissalam buyurur: Bir kəs Peyğəmbərdən valideyninə yaxşılıq etmək barəsində soruşdu. Həzrət buyurdu: Anana yaxşılıq et, anana yaxşılıq et, anana yaxşılıq et. Atana yaxşılıq et, atana yaxşılıq et, atana yaxşılıq et... (Həzrət ananı atadan qabaq qeyd etdi).

Kafi /2/162.

ÖVLAD HÜQUQU

231–Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ya Əli, Allah lə`nət etsin o valideynə ki, övladlarını özlərinə qarşı çıxmağa vadar edirlər.

Vəsailuş-şiə /21/290.

***

232–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əsla vaxtının əksəriyyətini öz əhli-əyalına sərf etmə! Çünki əgər əhli-əyalın Allah dostları olsa, bu halda Allah Öz dostlarını çarəsiz qoymaz və əgər onlar Allah düşmənləridirsə, bu halda sən nəyə görə Allah düşmənləri üçün bir iş görüb sonradan qəm-qüssə və peşmançılıq çəkəsən.

Nəhcül-bəlağə /536/352.

***

233–İmam Sadiq əleyhissalam buyurur: Münhərif və azğın fikirli insanlar övladlarınızı düz yoldan azdırmamış onlara hədis (və islam maarifini) öyrədin.

Kafi /6/47.

***

234–İmam Sadiq əleyhissalam buyurur: İnsanın övladına yaxşılıq etməsi, onun öz valideyninə yaxşılıq etməsi kimidir.

Mən layəhzuruhul-fəqih /3/483.

***

235–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Atanın övlad qarşısında olan borcu budur ki, ona yaxşı ad qoysun, ona yaxşı ədəb öyrətsin və Qur`anı tə`lim versin.

Nəhcül-bəlağə /546, Kəlimati-qisar /399.

***

236–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz övladlarınıza üzgüçülüyü və ox atmağı öyrədin.

Kafi /6/47.

***

237–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Övladlarınız yeddi yaşına çatarkən onlara namazı öyrədin, on yaşına çatarkən (namazı tərk etsələr) tənbeh edin, həmçinin (bu yaşa çatarkən) onların yataq yerlərini ayrı salın.

Kənzul-ümmal /16/45330.

***

238–İmam Səccad əleyhissalam buyurur: Övladın haqqı odur ki, biləsən səndən vücuda gəlmişdir və onun bu dünyada yaxşı və pis işlərini sənə aid edirlər. Ona yaxşı ədəb öyrətməli, aləmləri yaradan Rəbbimizi tanıtdırmalı və Allaha itaətdə ona kömək etməlisən. Yəqin bil ki, əgər öz övladına yaxşılıq etsən savabına yetişəcək və pislik etsən cəzasını görəcəksən.

Mən layəhzuruhul-fəqih /2/622.

***

239–Peyğəmbər (s.ə.v.v.) buyurmuşdur: Övladlarınızı əzizləyin, tərbiyələrini gözəlləşdirin ki, bağışlanasınız.

Biharul-ənvar /104/95.

***

240–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Bəli, qadının hamiləlik dövründən uşağı dünyaya gətirdiyi, həmçinin süd verib qurtardığı vaxtın əcri müsəlmanların sərhəddini gecə basqınından, düşmənlərin taracından və kafirlərin həmləsindən qorumuş kişinin savabına bərabərdir. Əgər bu müddətdə vəfat etsə şəhidlərin məqamında olacaqdır.

Mən layəhzuruhul-fəqih /3/561.

***

241–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Heç bir süd uşaq üçün ana südündən bərəkətli deyildir.

Vəsailuş-şiə /21/452.

***

242–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Qadın hamilə olan zaman oruc tutub, namaz qılan, Allah yolunda canı və malı ilə cihad edən şəxs kimi olur. Hamiləlik dövrünü başa çatdırıb dünyaya uşaq gətirdiyi vaxtda isə onun üçün sayılması mümkün olmayan qədər savab müəyyən olar. Körpəsinə süd verdikdə uşağın hər bir süd əmməsinə İsmayıl övladlarından bir nəfəri azad etmə savabını aparacaqdır. Uşağa süd verməyi qurtarıb onu süddən kəsdikdə bir mələk onun yanına gəlib deyər: İşi yenidən başla, sən bağışlanmısan.

Biharul-ənvar /104/104.

***

243–Allahın Peyğəmbəri (s.ə.v.v) buyurur: Körpə üçün ana südündən yaxşı süd yoxdur.

Müstərəkul-vəsail /48-ci bab.

 

 

 

AİLƏ QURMAQ-BÖYÜK BİR İBADƏT

244–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurub: Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.

Mən layəhzuruhul-fəqih /3/380.

***

245–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Ailəli yatmış şəxs, Allah yanında gündüzləri oruc tutub gecələri oyaq qalan subaydan üstündür.

Biharul-ənvar /103/221.

***

246–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.

Biharul-ənvar /103/221.

***

247–İmam Sadiq əleyhissalam buyurur: Bir kişi atamın xidmətinə gəldi. Həzrət ondan soruşdu: Evlisənmi?

Cavab verdi: Yox.

Buyurdu: Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım. Red) deyə, mənə versələr qəbul etmərəm. (Sonra buyurdu…) Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.

Sonra atam ona yeddi dinar pul verib buyurdu: Bu pulu evlənməyə sərf elə.

Biharul-ənvar /103/217.

AİLƏ QURMAĞA RƏĞBƏTLƏNDİRMƏK

248–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Hər kəs (qadın və ya kişi) evlənsə öz dininin yarısını qorumuşdur. Qalan yarısını da təqvalı olsun.

Kafi /5/328.

***

249–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Cəhənnəm əhlinin çoxu ailə qurmayan qadın və kişilərdir.

Mən layəhzuruhul-fəqih /3/384.

***

250–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.

Təhzib /7/239.

***

251–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Hər kəs pak-pakizə dünyadan getmək istəsə, gərək ailə qursun və subay ölməsin.

Mən layəhzuruhul-fəqih /3/385.

***

252–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud şeytanın qardaşlarından olacaqsan.

Biharul-ənvar /1-3/221.

AİLƏ QURMAQ-İLAHİ RƏHMƏTİN VƏ XOŞ ƏXLAQIN AÇARI

253–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Asimanın rəhmət qapıları dörd yerdə açılır: yağış yağdıqda, övlad ata-ananın üzünə baxdıqda, Kə`bənin qapısı açıldıqda və nikah baş verdikdə.

Biharul-ənvar /103/221.

***

254–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən mütəal Allah onların əxlaqlarını yaxşı, ruzilərini bol, abır-şərəflərini artıq edər.

Biharul-ənvar /103/222.

***

255–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlarını vaxtı çatdıqda ərə versin və yerbəyer etsin.

Kafi /5/328.

***

256–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allah üçün islamda nikahla abad olmuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.

Kafi /5/328.

AİLƏ QURMAĞA TƏLƏSMƏK

257–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Bakirə qızlar ağacın meyvələri kimidirlər. Meyvə yetişdikdə yığılmasa günəş və küləklə xarab olduğu kimi, bakirə qızlar da qadınların gördüyü şeyi gördükdə ərə getməkdən başqa çarələri qalmır. Əgər onlar ərə getməsələr fəsaddan amanda qalmayacaqlar, çünki onlar insandırlar və insani ehtirasları vardır.

Kafi /5/337.

***

258–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər bir şəxs cavan ikən ailə qurduqda şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.

Biharul-ənvar /103/221.

***

259–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ey cavanlar! Sizlərdən hər kəsin qüdrəti varsa ailə qursun. Gerçəkdə bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.

Müstədrək və Vəsailuş-şiə /14/153.

***

260–Allahın Rəsulu (s.ə.v.v.) tərki-dünya olub ailə qurmaqdan çəkinməyin qarşısını alıb, qadının ailə qurmaqdan imtina etməsini qadağan etmişdir.

Müstədrək və Vəsailuş-şiə /14/248.

ŞƏR`İ AİLƏ QURMAĞA KÖMƏK ETMƏK

261–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs halal ailə qurmaq yolunda çalışsa, mö`min kişini evləndirib mö`minə qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər və bu yolda dediyi hər kəlmə və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.

Biharul-ənvar /103/221.

***

262–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında vasitəçi olmaqdır ki, mütəal Allah onların arasında şər`i nikah qərar versin.

Təhzib /7/215, Kafi /5/331.

***

263–İmam Kazim əleyhissalam buyurur: Üç dəstə qiyamət günü heç yerdə kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mö`min qardaşını evləndirənlər, mö`min qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mö`min qardaşının sirrini faş etməyib gizli saxlayanlar.

Biharul-ənvar /74/356.

***

264–İmam Sadiq əleyhissalam buyurur: Subay şəxsləri evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.

Təhzib /1/404.

***

265–İmam Kazim əleyhissalam buyurur: Sözsüz qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, yaxud onların vəsiləri, ya mö`min qulu azad etmiş mö`minlər, yaxud başqa mö`minin borcunu ödəmiş mö`min bəndə, ya da mö`min qadın və kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mö`min qərar tapar.

Vəsailuş-şiə /20/46.

***

266–Həzrət Peyğəmbər (s) buyurur: Hər kəs iki mö`minin ailə qurması yolunda çalışaraq onları evləndirsə Allah-taala əvəzində onu Huril-eyndən olan min qadınla evləndirər ki, onların hər biri dürr və yaqutdan olan qəsrdə olar.

Vəsailuş-şiə /21/253.

***

267–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadının namübarək olması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır.

Biharul-ənvar /50/321.

***

268–İmam Sadiq əleyhissalam buyurur: Oğrular üç dəstədir: Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc götürüb ödəmək fikrində olmayanlar.

Biharul-ənvar /96/12.

***

269–Həzrəti İmam Sadiq əleyhissalam buyurur: Mehriyyənin az olması qadının bərəkətindən, çox olması isə onun mübarək olmamasındandır.

Mən layəhzuruhul-fəqih /3/387.

***

270–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Qadınların mehriyyəsini çox etməyin ki, düşmənçiliyə səbəb olar.

Vəsailuş-şiə /21/253.

***

271–İmam Sadiq əleyhissalam buyurur: Günahların ən pisi üç şeydir: Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud tə`xirə salmaq) və işçinin haqqını ödəməmək.

Biharul-ənvar /64/268.

MEHRİYYƏ NƏ QƏDƏR AZ OLSA BİR O QƏDƏR YAXŞIDIR

272–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Xeyir-bərəkəti daha çox olan nikah odur ki, xərci az olsun.

Kənzul-ummal /16/299.

***

273–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Mənim ümmətimin qadınlarının ən layiqlisi gözəl üzlü və mehriyyəsi az olanlardır.

Biharul-ənvar /103/236.

***

274–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ailə qur, hətta dəmir üzüklə (mehriyyə kimi) olsa belə .

Kənzul-ümmal /16/321.

***

275–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Hər kəs bir ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun nikahı halal və düzdür.

Kənzul-ümmal /16/321.

***

276–İmam Sadiq əleyhissalam buyurur: Allahın Rəsulu otuz dirhəm qiyməti olan bir zirehin mehriyyəsinə Əli əleyhissalam ilə Fatiməni evləndirdi.

Vəsailuş-şiə /21/251.

İMAN VƏ SƏDAQƏT SAYƏSİNDƏ AİLƏ QURMAQ

277–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin. (Soruşdular…) Əgər onun nəsəbi pis olsa nə edək? Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: Dini və gözəl əxlaqı olduğu halda, yüksək əsil-nəsəbi olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.

Təhzib /7/394.

***

278–İmam Cavad əleyhissalam buyurur: Hər kəs sizə elçilik etsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.

Mən la yəhzuruhul-fəqih /3/393.

***

279–Bir kişi İmam Hüseyn əleyhissalamın yanına gəlib dedi: Mənim bir qızım var, onu necə adama ərə versəm yaxşı olar?

Həzrət buyurdu: Onu Allahdan qorxan bir adama ərə ver, çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma acığı gəlsə ona əzab-əziyyət (zülm) etməyəcəkdir.

Əl-müstətrəf /2/218.

***

280–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qızını fasiq və imansız adama ərə versə, sözsüz onunla qohumluq əlaqəsini kəsmişdir.

Məhəccətul-beyza /3/94

KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ

281–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla təkcə malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkətlər onun vücudunda qoyulmuşdur.)

Təhzib /7/399.

***

282–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs qadınla təkcə malına görə ailə qursa, mütəal Allah onu yalnız həmin mala həvalə edər. (Yə`ni çətin vaxtlarda Allahın lütfündən binəsib qalar.)

Kafi /5/333.

***

283–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qadının malına görə onunla ailə qursa, Allah onu o mala həvalə edər; hər kəs onunla gözəlliyinə görə evlənsə xoşlamadığı və acığı gəldiyi şeyləri o qadında görəcəkdir; hər kim qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqları onun üçün cəm edəcəkdir.

Təhzib /7/399.

***

284-Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qadınla təkcə gözəllik və cəmalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət mənbəyinə çevirər.

Vəsailuş-şiə /20/53.

***

285–İmam Səccad əleyhissalam buyurur: Hər kəs Allaha və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.

Mən layəhzuruhul-fəqih /3/385.

***

286–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadınla təkcə onun gözəlliyinə görə evlənmə, çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər, həmçinin qadının malına görə onunla evlənmə, çünki bu iş onun tüğyan etməsinə, itaətsizliyinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.

Məhəccətul-beyza /3/85.

DOLANIŞIQ

287–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allahın rəhmətindən qovulmuşdur, qovulmuşdur öz külfətini ehtiyaclı və başsız qoyan şəxslər.

Mən layəhzuruhul-fəqih /3/168.

***

288–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Arvadının bədrəftarlığına dözüb şıltaqlığına görə ona acıqlanmayan, vurmayan, pis söz deməyən, dolanışıqda onun üçün çətinlik yaratmayan, bir sözlə ondan əvəz çıxmayan və səbr edən kişi öz əcr-savabını Allahdan istəsə, mütəal Allah ona şakirlərin savabını verəcəkdir.

Mən layəhzuruhul-fəqih /4/16.

***

289–İmam Sadiq əleyhissalam buyurur: Ailəsinin rahatlığı üçün zəhmət çəkən şəxs, Allah yolunda cihad edənlərə bənzəyir.

Kafi /5/ii. Mən la yəhzuruhul-fəqih /3/168.

***

290–İmam Sadiq əleyhissalam buyurur: Bu günah kişiyə bəsdir ki, qadınını, uşaqlarını və nəfəqəsi boynunda olan başqa kəsləri əli boş və möhtac qoya.

Mən layəhzuruhul-fəqih /3/168.

***

291–İmam Sadiq əleyhissalam buyurur: Öz ailə-uşaqlarının başçılığını öhdəyə götürmək kişinin xoşbəxtliklərindəndir.

Mən layəhzuruhul-fəqih /3/168.

***

292–Mütəal Allah buyurur: Allahı tanımağın əlamət və nişanələrindən biri budur ki, O sizin üçün öz cinsinizdən olan zövcə yaratdı ki, onlarla ünsiyyət yaradıb aram olasınız və sizinlə onların arasında mehr-məhəbbət, atifə və rəhmət qərar verdi ki, birlik, həmrə`ylik, batini və şəxsi əlaqə yaratmaqla ictimai həyatınızı tə`min edib fəsad və çətinlikləri aradan qaldırasınız.

Rum surəsi, 210-cu ayə.

***

293–Biharul-ənvar da belə nəql olunur…

Bir gün Osman ibni Məz`unun həyat yoldaşı Ümmü Sələmənin yanına gəldi. Ümmü Sələmə ona dedi: Nə üçün ətir vurmursan, saçlarına həna, rəng qoymursan?

Osman ibni Məz`unun yoldaşı cavab verdi: Ərim bir müddətdir ki, mənimlə yaxınlıq etmir.

Ümmü Sələmə soruşdu: Nə üçün?

Cavab verdi: Osman qadınlarla yaxınlıq etməyi özünə haram edib, rahiblik yolunu tutub.

Ümmü Sələmə bu xəbəri Həzrəti Peyğəmbərə (s.ə.v.v.) çatdırdı. Həzrət səhabələri ətrafına toplayıb buyurdu: Qadınlarınızdan uzaq gəzirsiniz?! Halbuki mən (öz) xanımlarımın yanına gedirəm, gündüz xörək yeyir, gecə yatıram. Hər kəs mənim üslubumdan kənara çıxsa məndən deyildir.

Biharul-ənvar /93/73.

***

294–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs ailə xərcinin qorxusundan evlənməsə, Allaha bədgüman olmuşdur. (Allahı Öz bəndələrinə ruzi çatdırmaqda aciz bilmişdir).

Mən layəhzuruhul-fəqih /3/385.

***

295–İmam Riza əleyhissalamdan nəql olunur: Bir qadın İmam Baqir əleyhissalama ərz etdi ki, mən mütəbəttiləyəm (tərki-dünya olmuşam).

Həzrət buyurdu: Dünyanın harasını tərk etmisən?

Ərz etdi: Qərara almışam ki, heç vaxt ərə getməyəm.

Buyurdu: Niyə?

Dedi: İstəyirəm böyük fəzilətə çatam.

Həzrət buyurdu: Bu fikirdən dön, əgər bu işdə bir fəzilət olsaydı, xanım Fatimeyi Zəhra əleyha salam buna səndən daha ləyaqətli idi. Çünki heç bir qadın heç bir fəzilətdə ondan qabağa keçməyib və keçməyəcəkdir.

Biharul-ənvar /103/219.

***

296–Əbi Əbdillah əleyhissalamdan nəql olunur ki, üç nəfər qadın Həzrət Peyğəmbərin (s.ə.v.v.) hüzuruna gəldi. Onlardan biri dedi: Mənim ərim ət yemir.

İkincisi dedi: Mənim ərim özünü ətir və xoş iyli şeylərdən məhrum edib.

Üçüncüsü dedi: Mənim ərim qadınlarla yaxınlıq etmir.

Həzrət Rəsuli-əkrəm evdən xaric oldu və əbası yerlə süründüyü halda (narahatçılıqdan) gəlib minbərə çıxdı. Allaha həmd-sənadan sonra buyurdu…

Bə`zi səhabələrə nə olub (niyə belə edirlər-Red.) ət yemir, ətir iyləmir və qadınla yaxınlıq etmirlər?!...

Kafi /5/496.

***

297–İmam Sadiq əleyhissalamdan belə nəql olunub ki, Osman ibni Məz`unun həyat yoldaşı Peyğəmbərin hüzuruna gəlib dedi: Ey Allahın Peyğəmbəri, ərim Osman gündüzləri oruc tutur, gecələri ibadətlə keçirir. (Yə`ni mənə qarşı tam e`tinasızdır.) Həzrət qəzəbli halda, başmaqlarını sürükləyə-sürükləyə gəlib Osmanı namaz qıldığı halda tapdı. Osman, Həzrəti gördükdə ibadətdən fariğ oldu. Həzrət buyurdu…

Ey Osman, Mütəal Allah məni rahiblik üçün deyil, cism ilə ruhun hüququnu hifz edən ədalətli və asan olan şəriətlə göndərmişdir. Mən də oruc tutur, namaz qılır, öz əhli-əyalımla müaşirətdə oluram. Bəs hər kəs fitrət və dinimi istəyirsə, gərək mənim yolumla getsin, nikah da mənim dinim və sünnətimdəndir.

Kafi /5/494.

HƏYAT YOLDAŞINA EHTİRAM

298–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Vay olsun o qadına ki, ərini narahat edib qəzəbləndirə və xoş o qadının halına ki, əri ondan razı ola.

Biharul-ənvar /8/30.

***

299–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: İki arvadı olan, onların arasında özünü və malını düzgün bölüşdürməyib ədalətlə rəftar etməyən kişi, qiyamət günündə bədəninin yarısı zəncirlənmiş və o biri yarısı da düzəlməyən halda gələcək və cəhənnəmə daxil olacaqdır.

Biharul-ənvar /7/214.

***

300–İmam Baqir əleyhissalam buyurur: Ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir.

Biharul-ənvar /103/224.

***

301–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər bir halda qadınlarla mülayim və güzəştli olun (hətta öz vəzifələrinə əməl etməsələr də). Onlarla mehriban və yaxşı danışın, mümkündür bu yolla onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər.

Biharul-ənvar /103/323.

***

302–Musa ibni Cə`fərdən, o da öz ata-babalarından nəql etmişdir ki, Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Bəndənin Allaha imanı artdıqca qadınlara qarşı məhəbbət və atifəsi də çoxalacaqdır.

Biharul-ənvar /103/228.

***

303–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Dünyadan üç şey mənim üçün sevimlidir: qadınlar, xoş iyli ətir, amma gözlərimin nuru namazdadır. (Mə`buda üz tutub Ona ibadət etmək).

Biharul-ənvar /76/141. Xisal /1/189.

***

304–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ən pis adam (maddi cəhətdən) ailəsinə çətinlik yaradanlardır.

Nurul-əbsar.

QADIN VƏ ONUN ÖZ ƏRİNİ XOŞHAL ETMƏSİ

305–İmam Baqir əleyhissalam buyurur: Qadınlar üçün qiyamət günündə ən böyük şəfaət edən ərlərinin razılığıdır.

Biharul-ənvar /81/345.

***

306–İmam Riza əleyhissalam Əmirəl-mö`minin Əli əleyhissalamdan rəvayət edir: Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır.

Soruşuldu ki, ya Əli, bu beş xislət nədən ibarətdir?

Buyurdu…

Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq;

Xoşxasiyyət, mülayimlik və mehribançılıq;

Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək;

Ərini əsəbi və ya yorğun halda gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək;

Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək.

YAXŞI QADININ XÜSUSİYYƏTLƏRİ

311–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür.

Vəsailuş-şiə /20/172.

***

312–Allah Rəsulu (s.ə.v.v.) buyurur: Qadın özünü (əri üçün) gözəl ətirlərlə ətirləməli, ən gözəl paltarlarını geyib, ən gözəl zinətlərlə bəzəməli və gecə-gündüz özünü onun ixtiyarında qoymalıdır.

Kafi /5/508.

***

313–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Qadının cihadı ərinə yaxşı baxmasıdır.

Nəhcül-bəlağə, kəlimati-qisar /494.

***

314–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allah buyurur: Hər vaxt mö`min üçün dünya və axirət xeyrini bir yerə cəm etmək istəsəm, ona (Allahdan) qorxan qəlb, zikr edən dil, bəlada səbirli olan bədən və mö`minə olan həyat yoldaşı verərəm ki, hər vaxt baxsa onu xoşhal edər, yanında olmayan zaman özünü və malını qoruyar.

Kafi /5/327.

***

315–İmam Sadiq əleyhissalam buyurur: Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir.

Biharul-ənvar /103/252.

***

316–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Əlbəttə, qadınlarınızın ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, örpəkli, iffətli, ərinin qarşısında təvazökar, qohumlarının yanında əziz olanlar, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib, naməhrəmdən gizlədən, ərinin sözünə canla-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır, sadə kişilər kimi özünə baxmayanlar yox.

(Biharul-ənvar /103/235.)

***

317–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Dörd şeyə yiyələnmək müsəlman kişinin xoşbəxtliyindəndir…

Ləyaqətli və salehə xanım;

Geniş ev;

Məqsədə yetişmək üçün sür`ətlə gedən rahat minik;

Əxlaqı və əməli düz olan saleh övlad.

Biharul-ənvar /104/98.

***

318–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadının cihadı əri ilə xoş rəftarıdır. Ərinin onun üzərində olan haqqı bütün xalqın haqqından böyükdür.

Biharul-ənvar /103/256.

TƏLAQ (BOŞANMA) VƏ ONA AİD İŞLƏR

319–Mütəal Allah buyurur: Qadınlara təlaq versəniz, iddələri axıra çatan zaman, ya onları yaxşı saxlayın, ya da yaxşılıqla boşayın və ziyan vermək üçün onları saxlamayın ki, zülm etmiş olasınız. Hər kəs belə etsə, doğrudan da özünə zülm etmişdir. Allahın ayələrini zarafat sayıb rişxənd etməyin və Allahın sizə göndərdiyi ne`məti, nəsihət üçün kitab və hikmətdən sizin üçün göndərdiklərini yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyə alimdir.

Bəqərə surəsi /231.

***

320–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ailə qurun və təlaq verməyin ki, həqiqətdə Allahın ərşi təlaq verməklə titrəyir.

Vəsailuş-şiə /9/22.

***

321–İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən Allah ailə qurmaq üçün toy edilən evi xoşlayır, təlaq və ayrılıq baş verən evdənsə acığı gəlir. Təlaq qədər Allahın qəzəbinə səbəb olacaq bir şey yoxdur.

Kafi /6/54.

***

322–Allahın Rəsulu (s.ə.v.v.) buyurur…Şübhəsiz, həvəsbazlıq və ya evlənməyin ləzzətini dadmaq üçün (tez-tez) ailə qurub boşanan şəxslər Allahın qəzəbinə, ya lə`nətinə düçar olmuş şəxslərdir.

Kafi /6/154.

***

323–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa behişt onundur: Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta.

Biharul-ənvar /104/107.

HARAMA BAXMAMAQ

324–Mütəal Allah buyurur: De, ey Peyğəmbər, mö`min kişilər öz baxışlarının qarşısını alsınlar və öz övrətlərini qorusunlar, bu iş onlar üçün daha pakdır. Həqiqətən Allah bəndələrin etdiyi bütün işlərə agahdır.

Nur surəsi /30.

***

325–İmam Sadiq əleyhissalam buyurur: Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır. Hər kəs onu ayrı məqsədlə deyil, əziz və cəlil olan Allaha görə tərk etsə, Allah ona şirinliyini özündə hiss edə biləcəyi bir iman verər.

Mən layəhzuruhul-fəqih /4/18.

***

326–İmam Sadiq əleyhissalam buyurur: Gözlərin zinası naməhrəmə baxmaq, dodaqların zinası haramı öpmək və əllərin zinası naməhrəmə sürtünmək, ya bədənin sair yerinə toxunmaqdır. İstər fərc[1] bu əməli təsdiq etsin, istərsə etməsin. (Yə`ni baxmayaraq ki, cinsiyyət üzvüylə zina etməyib, amma gerçəkdə iffətsizlik etmişdir və cəzaya layiq görüləcəkdir.)

Kafi /5/559.

***

327–İmam Baqir əleyhissalam buyurur: Naməhrəm qadının övrətinə baxan, din qardaşının namusuna xəyanət edən və həmçinin (vəzifəsinə görə) xalqın onun faydasına ehtiyaclı olduğu, amma onlardan rüşvət istəyənlərə Allahın Peyğəmbəri lə`nət edibdir.

Kafi /5/559.

***

QADINI ZİNƏTLƏNDİRMƏK

328–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.

Vəsailuş-şiə /14/1.

***

329–İmam Baqir əleyhissalamdan qadınların işlətdiyi və saçlarına vurduğu qəramil haqda soruşuldu. Həzrət buyurdu: Qadınlar öz ərləri üçün bəzənə bilərlər.

Kafi /5/119.

***

330–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allahın Rəsulu (s.ə.v.v.) qadının ərindən başqası üçün bəzənməsini qadağan edib. Əgər belə etsə, Allahın onu cəhənnəm atəşində yandırmağa haqqı vardır.

Mən layəhzuruhul-fəqih /4/6.

***

331–İmam Sadiq əleyhissalam buyurur: Bir kəsin bizə qarşı məhəbbəti nə qədər artsa, öz ailəsiylə bir o qədər mehriban olar.

Vəsailuş-şiə /14/11.

***

332–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Sizin qadınlarınızın ən yaxşısı iffətli olub, ər-arvadlıqda ərinə itaət edən, onun üçün bəzənənlərdir.

Vəsailuş-şiə /20/30.

ZİNA VƏ ONUN ZİYAN VERİCİ ƏSƏRLƏRİ

333–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Tövratda belə yazılmışdır ki, Allah buyurur: Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham!

Kafi /5/554.

***

334–İmam Sadiq əleyhissalam buyurur: Zina edənin altı xüsusiyyəti vardır ki, üçü dünyaya və üçü də axirətə şamil olur. Dünyaya aid olanlar abırsızlıq, fəqirlik və ömrün qısalması, axirətə aid olanlarsa Allahın qəzəbinə düçar olmaq, hesabın çətinliyi və əbədi olaraq cəhənnəm əzabında qalmaqdır.

Kafi /5/541.

***

335–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ey camaat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir (hər günah etsən, ona müvafiq cəza görəcəksən).

Kafi /5/554.

***

336–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs haram yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən olan zəncirlə bağlanıb cəhənnəmə atılacaqdır.

Mən layəhzuruhul-fəqih /4/14.

***

337–Həzrəti İmam Sadiq əleyhissalam buyurur: İnsan hər hansı bir yolla (qanunsuz yolla) inzal etsə (məni, sperma xaric etsə) zina hökmündədir.

Kafi /5/54.

***

338–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Məl`undur, məl`undur o kəs ki, heyvanlarla cinsi yaxınlıq edə.

Kafi /2/270.

***

339–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadınların bir-biri ilə (cinsi ehtirasla) bir yatağa girməsi zinadır.

Kənzul-ümmal /5/316.

İSLAMDA SAĞLAMLIQ

340–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allah-taala üç şeyi xoşlayır: Az danışmaq, az yatmaq və az yemək. Və üç şeydən də acığı gəlir: Çox danışmaq, çox yatmaq və çox yemək.

İsna əşəriyyə /92.

***

341–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Pakizə olmaq üçün var gücünüzlə çalışın, çünki Allah-taala islamı paklıq üzərində bina etmişdir və behiştə də yalnız paklar daxil olar.

Kənzul-ümmal /26002.

***

342–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Çox yemək və həmişə tox olmaq müxtəlif xəstəliklər yaradar.

Ğürərul-hikəm /3591.

***

343–Musa ibni Cə`fər əleyhissalam buyurur: Sünnətlərdən beşi insanın başında və beşi isə bədənindədir. Başda olan sünnətlər bunlardır: Dişləri yumaq, bığın qabağını vurmaq, başın tükünü ayırmaq, məzməzə (ağıza su alıb yaxalamaq) və istinşaq (buruna su çəkib qaytarmaq). Bədəndə olan sünnətlərsə bunlardır: Xətnə etmək (uşağı kəsdirmək), övrətin ətrafında olan tükləri qırxmaq, qoltuq tükünü təmizləmək, dırnaqları tutmaq və istinca etmək (yə`ni sidik və ğaitin yerini təmizləmək və pak etmək).

Xisal /125.

***

344–Əmirəl-mö`minin Əli əleyhissalam İmam Həsən əleyhissalama buyurdu: İstəyirsənmi sənə dörd xislət öyrədim ki, təbibə ehtiyacın olmasın?! İmam Həsən ərz etdi, bəli! Buyurdu: Acmamış yemək yemə, yeməkdən doymamış süfrədən çəkil, yeməyi ağzında yaxşı çeynə və yatmazdan qabaq ayaqyoluna get. Əgər bu göstərişlərə əməl etsən, təbibə ehtiyacın olmaz.

Vəsailuş-şiə /24/245.

QAZANC VƏ İCTİMAİ ƏLAQƏLƏR

345–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim ümumi ərzaqdan bir şey alıb müsəlman bazarında qiyməti qalxsın deyə qırx gün saxlasa, sonradan (öz möhtəkirlik günahını yusun deyə) satıb pulunun hamısını sədəqə versə belə, günahının kəffarəsi olmayacaqdır.

Biharul-ənvar /103/89.

***

346–İmam Əli əleyhissalam buyurmuşdur: Alverin şər`i hökmlərini bilmədən ticarət edən şəxs ribada qərq olar.

Biharul-ənvar /103/93.

***

347–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ticarət edən şəxslər beş xislətdən qorunmalı və ya alveri tərk etməlidirlər: riba, (yə`ni sələm), and içmək, eybi gizlətmək, satanda tə`rifləmək və alanda pisləmək.

Xisal /1/286.

***

348–İmam Baqir əleyhissalam buyurur: Hər kim dünyada özgələrinə möhtac olmaması, ailəsinin rahatlıqda, rifahda yaşaması və qonşularına ehsan və köməklik etmək üçün ruzi kəsb etsə Allah-taala qiyamət günündə, hesab zamanı onun üzünü on dörd gecəlik ay kimi nurlu və parlaq edər, (yə`ni üzü ağ və başı uca olar).

Kafi /5/78.

***

349–Həzrəti Peyğəmbər (s.ə.v.v.) buyurur: Hər kim qəlbində dini qardaşına qarşı fırıldaq etmək fikrilə alver etsə, Allah qəzəbində alver etmişdir və tövbə edib onu aradan aparana qədər elə o vəziyyətdə qalacaqdır.

Səfinətül-bihar /2/318.

***

350–Həzrəti Peyğəmbər (s.ə.v.v.) buyurur: Hər kim din qardaşına fırıldaq gəlsə, malın içərisinə bir şey qarışdırsa, Allah onun ruzisinin bərəkətini çəkər, yaşayışını, dolanışığını puç edər və onu öz başına boşlayar.

Vəsailuş-şiə /17/283.

***

351–İmam Sadiq əleyhissalam buyurur: Peyğəmbəri-əkrəm südə su qatıb satmağı qadağan edib.

Təhzib /7/13.

***

352–İmam Sadiq əleyhissalam buyurur: Bizə (müsəlmanlara) xəyanət edib qarışıq mal verənlər bizdən deyil.

***

353–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim alverdə bir müsəlmanı aldatsa bizdən deyil və qiyamət günündə yəhudilərin içərisində olacaq, çünki onlar müsəlmanlara qarşı xalqların ən hiyləgəridir.

Biharul-ənvar /103/80.

 

ŞƏHVƏT

354–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Üç şeydən qorxuram ki, məndən sonra ümmətim arasında vücuda gələ: 1. Hidayət olduqdan sonra yolunu azmaq (yə`ni ata-anaları müsəlman olduğu islam mühitində böyüyüb Qur`an hökmlərini eşidərək din yoluna gəldikləri halda əməldə, əxlaqda və ya əqidəsində haqq yolundan çıxmaları); 2. Azdırıcı fitnələrdən (yə`ni qorxuram ki, müxtəlif vəziyyət və dəyişiklikdə dinə qarşı olan möhkəmliklərini əldən verələr, imtahandan yaxşı çıxmayalar və Allah-pərəstlik zirvəsindən dünyapərəstlik alçaqlıqlarına enələr); 3. Qarın və cinsi şəhvətlərindən.

Kafi /2/79.

***

355–İmam Baqir əleyhissalam buyurur: Heç bir ibadət qarın və cinsi şəhvət paklığından yaxşı deyil.

Kafi /2/80.

***

356–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Günah və şəhvət üçün şəraiti olan, lakin Allah qorxusundan ondan imtina edən şəxsə, Allah-taala cəhənnəm odunu haram edər və onu (qiyamət günündə) böyük bəladan qoruyub saxlayar.

Məkarimul-əxlaq /429.

***

357–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qarın, dil və ovrətinin şərindən qorunan adam, bütün günahların əlindən canını qurtarmışdır.

Mühəccətul-beyza.

***

358–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: (Günah edən zaman) ləzzətlərin qurtaracağını, onun pis tə`sirlərinin isə qalacağını yadınıza salın.

Nəhcül-bəlağə /553.

***

359–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim şəhvətlə bir oğlanı öpsə, Allah qiyamət günündə onu odlu yüyənlə cilovlayacaqdır.

Kafi /5/548.

***

360–İmam Baqir əleyhissalam buyurur: Hansı zəhmət qarının və ovrətin (haramdan) qorunmasından üstün ola bilər?

Kafi /2/79.

DÜNYA MALINA HƏRİSLİK

361–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kimin iki günü bərabər və inkişafsız olsa zərər etmişdir.

Biharul-ənvar /71/173.

***

362–İmam Kazim əleyhissalam buyurur: Dünya malı dəniz suyuna bənzər, susuz adam ondan nə qədər içsə, susuzluğu bir o qədər artar və nəticədə onu həlak edər.

Biharul-ənvar /78/311.

***

363–İmam Hadi əleyhissalam buyurur: Camaat bu dünyada mal-dövlətə, axirətdə isə yaxşı əməllərə yüksək baxarlar.

Biharul-ənvar /78/368.

***

364–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin qadınlarını iki şey həlak edər: 1. Qızıl; 2. Nazik paltarlar geyib bədənini özgələrə göstərmək; Həmçinin iki şey ümmətimin kişilərini fəlakətə sürükləyər: 1. Savadsızlıq; 2. Mal toplamaq və dünya hərisliyi.

Məcmueyi vərram.

FANİ DÜNYA VƏ ONUN HƏLAK EDİCİ CAZİBƏSİ

365–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər: Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada! Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin.

Biharul-ənvar /6/161.

***

366–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əgər insan əcəlinin necə də tez yetişəcəyini bilsəydi, dünyadan və dünya arzularından cana doyardı.

Biharul-ənvar /73/166.

***

367–İmam Kazim əleyhissalam buyurur: Dünya zahiri yumşaq, batini isə zəhərli olan ilana bənzər. Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər.

Biharul-ənvar /78/311.

***

368–İmam Sadiq əleyhissalam buyurur: Bütün pislik və günahların mənbəyi dünyaya bağlanmaqdır.

Kafi /2/315.

***

369–İmam Hüseyn əleyhissalam buyurur: (Bə`zi) insanlar dünyanın quludurlar, dindarlıqları yalnız dillərindədir, maddi həyatları yaxşı olsa dindardırlar, çətinlik yarandıqda, imtahan edildikdə isə görərsən ki, dindar azdır.

Biharul-ənvar /78/117.

***

370–İmam Həsən əleyhissalam buyurur: Cisminin yeməyi barəsində düşünən, ruhunun qidasını unudan şəxslərə təəccüb edirəm. Onlar qarınlarını zərər verici yeməklərdən qoruyur, amma sinəsini puç və həlakedici şeylərlə doldurur.

Səfinətül-bihar /2/84.

***

371–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir.

Nəhcül-bəlağə /53.

***

372–İmam Sadiq əleyhissalam buyurur: (Asimani kitabların bə`zisində gəlib ki,) əgər Adəm övladı sel tək axan qızıl və gümüş çayları olan iki geniş vadiyə sahib olsa, dözməyib üçüncüsünün də dalınca gəzəcək.

Mən layəhzuruhul-fəqih /4/418.

***

373–İmam Sadiq əleyhissalam buyurur: Hər kim dünyaya ürək bağlasa, üç xislətə mübtəla olar:

1. Tükənməz qəm-qüssə; 2. Nail ola bilməyəcəyi arzu; 3. Çata bilməyəcəyi ümid.

Kafi /2/320.

***

374–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bir çox bədbəxt insanlar var ki, əcəlləri çatıb, amma onlar hələ də mal-dövlət toplamağa məşğuldurlar.

Ğürərul-hikəm /240.

***

375–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Öz başına qərar qəbul etmə, təkcə öz fikri əsasında (məşvərətsiz) əməl edənlər məğlub olacaqdır.

Təsnifu Ğürərul-hikəm /443.

***

376–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü böyük tutan şəxslər Allah yanında alçalar, kiçilər.

Təsnifu Ğürərul-hikəm /443.

***

377–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xalqın fəlakətə uğraması və cəhənnəmə getməsi iki şeylədir: 1. Yoxsulluqdan qorxmaq; 2. Özünü yüksək tutmaq.

Biharul-ənvar /72/39.

***

378–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü bəyənməkdən, zahiri yaxşılıqlara arxalanıb, özünü tə`rifləməkdən qorun. Çünki bu, Şeytanın ən mö`təbər fürsətlərindəndir.

Ğürərul-hikəm /298.

***

379–İmam Sadiq əleyhissalam buyurur: Qəlbində xaşxaş dənəsi qədər təkəbbür olanlar behiştə daxil olmaz.

Kafi /2/310.

QƏNAƏTCİLLİK

380–İmam Sadiq əleyhissalam buyurur: Mən yaşayış xərclərində (israf etməyib) orta səviyyədə yaşayan şəxslərin fəqir olmayacağına zamin dururam.

Biharul-ənvar /71/346.

***

381–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Siyasət və müdiriyyətdə lazım olan şey mülayimlikdir.

Ğürərul-hikəm /182.

***

382–Həzrət Əli əleyhissalam buyurur: Ehtiyacdan artıq işlətmək israfdır.

Müstədrəkul-vəsail /15/271.

***

383–İmam Kazim əleyhissalam buyurur: Əgər insanlar orta səviyyədə yemək yesəydilər, bədənləri möhkəm və davamlı olardı.

Biharul-ənvar /66/336.

***

384-Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ölülər qəbiristanlıq kənarından keçən hər kəsi çağırıb deyərlər: Ey dili-qafil, biz başa düşənləri bilsəydin bədənindəki ətin əriyərdi.

İrşadul-qülub.

MƏSLƏHƏT, MƏŞVƏRƏT

385–Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əgər hökmdarlarınız yaxşı adamlar, varlılarınız səxavətli insanlar olsaydı, işlərinizdə bir-birinizlə məşvərət edib məsləhətləşsəydiniz, yerin üstü sizin üçün yerin altından yaxşı olardı. Yox, əgər hökmdarlarınız pis adamlar, varlılarınızsa paxıl olsa, işlərinizi də məsləhət və məşvərətsiz həyata keçirsəniz yerin altı sizin üçün yerin üstündən yaxşıdır.

Mənhəcus-sadiqin /2/373.

***

386–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kim ağıllılarla məşvərət etsə, onların ağıl şüasında işıqlığa çıxar.

Ğürərul-hikəm /334.

***

387–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ağıllı insanlarla məsləhətləşmək, ağılın inkişaf etməsinin dəlilidir.

Biharul-ənvar /75/105.

***

388–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Məsləhətləşən insan bədbəxt olmaz və məşvərətsiz, özbaşına qərar çıxaranlar xoşbəxtliyə çatmaz.

Nəhcül-fəsahə /533.

ZƏHMƏT VƏ TƏNBƏLLİK

389–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İbadət yetmiş qismdir ki, ən üstünü halal qazancdır.

Təhzib /6/324.

***

390–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Tənbəlliyə, süstlüyə adət edənlər heç vaxt xoşbəxt ola bilməzlər.

Ğürərul-hikəm /197.

***

391–İmam Baqir əleyhissalam buyurur: Tənbəllikdən və hövsələsizlikdən uzaq olun, çünki bu iki xislət bütün pisliklərin açarıdır.

Biharul-ənvar /78/175.

***

392–Ənəs ibni Malik rəvayət edir: Allahın Rəsulu (s.ə.v.v.) Təbuk döyüşündən qayıdarkən Sə`d Ənsari Həzrəti qarşılamağa getdi. Peyğəmbər (s.ə.v.v.) onunla qucaqlaşıb görüşdükdən sonra soruşdu: Əlin niyə qabar olub? Cavab verdi: Ey Allahın Rəsulu, ailəmi dolandırmaq üçün bellə, kəndirlə işləyirəm. Peyğəmbər (s.ə.v.v.) onun əlini öpüb buyurdu: Bu bir əldir ki, cəhənnəm odu əsla ona dəyməz.

Üsdul-ğabə /2/299.

ŞƏHADƏT VƏ ŞƏHİDLİK

393–Peyğəmbər (s.ə.v.v.) buyurur: Hər bir yaxşılıqdan üstün bir yaxşılıq da vardır, amma bir adam əziz və cəlil Allahın yolunda öldürülsə şəhidlik məqamına çatar və ondan yüksək və üstün heç bir yaxşılıq yoxdur.

Biharul-ənvar /100/10.

***

394–İmam Sadiq əleyhissalam buyurur: Pərvərdigari-aləm Allah yolunda ölən şəxslərin heç bir günahını özünə göstərməz (şəhidin bütün günahları bağışlanır).

Kafi /5/54.

***

395–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: And olsun canım əlində olan Allaha, əgər yer və göy əhli hamılıqla bir mö`mini öldürməyə yığışsalar, yaxud bu işə razı olsalar, Rəbbim hamısını oda atacaq.

Biharul-ənvar /75/149.

***

396–Peyğəmbər (s.ə.v.v.) buyurur: Rəbbinin nəzərində heç bir damla Allah yolunda tökülən bir qətrə qandan əziz deyildir.

Vəsailuş-şiə /15/14.

İMAM MƏHDİ VƏ ƏDALƏTİN HAKİMİYYƏTİ

397–Peyğəmbər (s.ə.v.v.) buyurur: Məhdi mənim nəslimdən, Fatimənin övladlarındandır.

Sünəni Əbi Davud /4/107.

***

398–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xoş o adamın halına ki, mənim Əhli-beytimin qaimini görə, qiyam etməzdən qabaq ona iqtida edə, onun dostu ilə dost, düşməni ilə düşmən ola və ondan qabaqkı hidayətedici imamları da qəbul edə. Bunlar mənim dostlarım, mehr-məhəbbətimi qazananlar və ümmətim içərisində ən əzizlərimdir.

Biharul-ənvar -52-129.

***

399–Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xudavəndi-aləm mənim Əhli-beytimdən bir nəfəri məb`us edəcək və o da yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq.

Əl-müsənnəf /11/371.

***

400–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: İmamını tanımayıb ölənlər cahiliyyət zamanında ölənlər kimidir. (Hal-hazırda İmam Zaman Həzrət Məhdidir (ə.c)).

Müsnədi-Əhməd ibni Hənbəl /2/83, 3/446/4/96. Səhihi-Buxari /6/121, 1849 və əhli sünnətin mənbələrindən olan daha 25 mənbə.

***

401–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bizim qaimimiz qiyam edən zaman asiman öz yağışını tökəcək, yer öz bitkilərini göyərdəcək, bəndələrin ürəklərindən kinlər gedəcək, dörd ayaqlılar və yırtıcılar mehribanlaşacaq və bir-birindən hürkməyəcəklər.

Biharul-ənvar /52/316.

***

402–Əbi Carud deyir: İmam Baqir əleyhissalama dedim: Ey Rəsuləllahın övladı! Siz mənim şiəniz, dostunuz olduğumu, sizə ürəkdən bağlandığımı bilirsinizmi?

Buyurdu: Bəli!

Dedim: Sualım var, istəyirəm cavab verəsiniz, çünki gözlərim görmür, az gəzirəm və həmişə sizin ziyarətinizə nail ola bilmirəm.

Soruş -deyə buyurdu.

Ərz etdim: Siz özünüz və pak sülaləniz ibadət etdiyiniz dini və o dinin Allahını mənə tanıtdırın, mən də Ona həmin şəkildə ibadət edim.

Buyurdu: Kiçik bir müqəddimə ilə başladın. Amma çox böyük şey soruşdun.

And olsun Allaha ki, özümün və ata-babalarımın dinini sənə deyəcəyəm. O din Allahın birliyinə, Məhəmmədin (s.ə.v.v.) risalətinə şəhadət vermək, Rəbbimiz tərəfindən gətirdiklərini, bizim vəlimizin vilayətini iqrar etmək, düşmənlərimizdən uzaq olmaq, göstərişlərimizə əməl etmək, Qaimimizin (İmam Zaman əleyhissalamın) intizarında olmaq, (halal və vacib işdə) çalışmaq və (haramdan) qorunmaqdır.

Kafi /1/34.

***

403–İmam Baqir əleyhissalam buyurur: Bizim Qaimimiz qiyam etdiyi zaman, şərafətli əlini bəndələrin başı üzərinə qoyar, ağıllarını bir yerə toplayıb elmlərini təkmilləşdirər, Allah-taala onların görmə-eşitmə qabiliyyətini artırar və nəhayət onlarla Qaim (ə.c) arasında maneə olmaz. Həzrət Qaim (İmam Zaman) hər zaman onlarla danışmaq istəsə, hər yerdə olsalar eşidərlər və onlar haradan istəsələr Həzrətə baxar və Onu öz iqamətgahında görərlər.

Yovmul-xilas /269.

***

404–İmam Sadiq əleyhissalam buyurur: Qaim (ə.c)-ın zamanında mö`min şəxs günçıxanda olsa, məğribdə olan mö`min qardaşını və əgər məğribdə olsa, məşriqdəkiləri görər.

(Diqqət! Əziz oxucular, indi televizor və digər texnika növləri bu hədisin başa düşülüb qəbul edilməsində bizə kömək edə bilər.)

Biharul-ənvar /52/391.

***

405–İmam Sadiq əleyhissalam buyurur: Onda Rükn ilə Məqam arasında dayanar və ucadan səslənər: Ey köməklərim və yaxın adamlarım! Ey o kəslər ki, Allah sizi zühurumdan qabaq mənim üçün köməkçi hazırlayıb, mənə tərəf tələsin. Dünyanın şərqində, qərbində, mehrabda və ya yataqda olanlar İmamın səsini eşidərlər. Həmin çağırış onların hamısının qulağına çatar və hamısı Həzrətə sarı tələsərlər. Bir göz qırpımında hamısı onun yanına toplaşarlar. Bu hadisə gün çıxandan bir az əvvəl baş verəcəkdir.

Biharul-ənvar /53/7.

***

406–İmam Sadiq əleyhissalam Müfəzzələ Məhdi (ə.c) həzrətləri və onun zühuru barədə bir şey danışıb buyurdu: Ey Müfəzzəl, İmam Məhdi (ə.c.) həzrətlərinə aid olan xəbərləri şiələrimizə çatdır ki, dinlərində şəkk-şübhə etməsinlər.

Biharul-ənvar /53/6.

***

407–İmam Məhdi (ə.c.) buyurur: Mən Məhdiyəm, mən zəmanənin Qaimiyəm! Mən zülmlə dolan yer üzünü ədalətlə dolduranam. Yer üzü heç vaxt ilahi höccətsiz olmaz və xalq durğunluqda qalmaz. Bu bir əmanətdir ki, haqq əhli olan qardaşından başqa heç kəsə demə.

Kəmalüddin /445.

***

408–İmam Məhdi (ə.c.) buyurur: Amma qarşıya çıxacaq yeni hadisələrdə bizim hədislərimizi rəvayət edənlərə müraciət edin, çünki onlar sizin üçün mənim höccətlərimdir və mən də onlar üçün Allahın höccətiyəm.

Kəmalüddin /484.

***

409–İmam Məhdi (ə.c.) Şeyx Müfidə yazdı: Biz sizin vəziyyət və xəbərlərinizdən tamamilə agahıq və heç bir şey bizə gizli deyildir.

Biharul-ənvar /53/175.

***

410–Və həmçinin bu namədə yazılmışdır: Biz sizə baş vurmaqda və rəhbərlik etməkdə səhlənkarlıq etmirik, sizi yaddan çıxarmırıq. Əgər belə olmasaydı çətinliklər hər tərəfdən üzərinizə hücum çəkər, düşmən sizi məhv edərdi. Bəs böyük Tanrıdan qorxun.

Biharul-ənvar /53/175.

***

411–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu: Bir zaman gələr ki, xalq alimlərə ancaq yaxşı geyiminə görə ehtiram edər, Qur`anı yalnız yaxşı səslə oxuyana qulaq asar, Pərvərdigara təkcə Ramazan ayında ibadət edərlər. Qadınlar həyasız olar, yoxsullar səbr etməz və dözümsüz olar, varlılar xəsislik edərlər. Az olsa qane olmazlar və çox olsa doymazlar. Himmət və çalışdıqları qarınları, dinləri pul, qiblələri isə arvadları olar. Evləri məscidlər olar, qoyun canavardan qaçdığı kimi alimlərdən qaçarlar. Belə bir zaman gəlib çatdıqda və bu sifətlər onlarda tapıldıqda Allah onları üç şeyə düçar edər: Mallarının bərəkətini çəkər; Zülmkarları onlara müsəllət edər; Dünyadan imansız gedərlər.

Vəqayiul-əyyam /439.

***

412–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Bir zaman gələr, ümmətimin başçıları zülmkar, alimləri tamahkar və təqvasız olar. İbadətləri riyakarlıq və özlərini göstərmək üçün olar, tacirlər sələm yeyər və alverdə malın eybini gizlədərlər, qadınları isə dünya zinətinə məşğul olar. O zaman pis insanlar onlara müsəllət olar və yaxşıların duaları qəbul olmaz.

Biharul-ənvar /33/22.

***

413–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Bir zaman gələr ki, ümmətim beş şeyi sevər və beş şeyi yaddan çıxarar…

1. Dünyanı sevər, axirəti yaddan çıxararlar; 2. Mal-sərvətə məftun olar, hesab verməyi yaddan çıxararlar; 3. Qadınları sevər, huriləri unudarlar; 4. Qəsrləri sevər, qəbirləri yaddan çıxararlar; 5. Özlərini sevər, Rəbblərini yaddan çıxararlar. Onlar məndən, mən də onlardan uzağam.

İsna-əşəriyyə /202.

***

414–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ey Əbuzər, beş şeyi beş şeydən qabaq qənimət say və qədrini bil: 1. Cavanlığı qocalıqdan qabaq; 2. Sağlamlığı xəstəlikdən qabaq; 3. Varlılığı yoxsulluqdan qabaq; 4. Rahatlığı çətinlikdən qabaq; 5. Həyat və diriliyi ölümdən qabaq.

Biharul-ənvar /77/77.

***

415–Əmirəl-mö`minin İmam Əli əleyhissalam buyurur: Müsəlmanın ömrünün qalanı kimyadan[1] qiymətlidir.

Ğürərul-hikəm /257.

***

416–İmam Sadiq əleyhissalam buyurur: Qiyamət günü bir dəstə adam gələr və behiştin qapısını döyər, onlara deyərlər: Siz kimsiniz? Deyərlər: Biz səbr əhliyik. Soruşarlar: Nəyə səbr etmişdiniz? Deyərlər: Allaha itaətdə, Onun hökmlərinə baş əyməkdə və günahdan uzaq olmaqda. Allah-taala buyurar: Düz deyirlər, onlara yol verin, behiştə daxil olsunlar. Budur Allahın buyurduğu: Həqiqətən səbr edənlər öz mükafatlarını hesabsız alarlar.

Kafi /2/75.

***

417–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xoş olsun o adamın halına ki, həyatını uzun-uzadı arzularla bitirməyə və ömrün qısa fürsətindən istifadə edə.

Ğürərul-hikəm /206.

***

DİNDƏ AXTARIŞ

418–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!...

Biharul-ənvar /1/176

***

419–Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur: Hər kim dinşünaslıqla məşğul olsa, Allah onun yaşayışını sahmana salar, gözləmədiyi, ağlına gəlmədiyi yerdən ruzisini yetirər.

Məhəccətul-beyza /1/15.

***

420–İmam Sadiq əleyhissalam buyurur: Şiə cavanları din öyrənməyi qarşılarına məqsəd qoymalıdırlar. Əgər bir cavanın bu əhəmiyyətli işə məşğul olmadığını görsəm onu ədəbləndirərəm.

Biharul-ənvar /1/214.

***

421–İmam Baqir əleyhissalam buyurur: Şiələrimizə xəbər ver, əgər onlara əmr olunanlara əməl etsələr, qiyamət günü nicat tapacaqlar.

Biharul-ənvar /2/29.

***

422–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim xalqın dində ehtiyaclı olduğu qırx hədisi başqalarına öyrətsə, Allah onu qiyamət günü fəqih və alim kimi həşrə gətirəcək.

Biharul-ənvar /2/153.

XOŞ XASİYYƏTLİK VƏ ONUN YAXŞI SƏMƏRƏLƏRİ

423–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Gerçəkdə mö`min bəndə gözəl xasiyyət vasitəsi ilə gündüzləri oruc tutub, gecələri namaz qılan adamın dərəcəsinə və məqamına çatar.

Biharul-ənvar /71/373.

***

424–İmam Əmirəl-mö`minin Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalama buyurdu: Oğul, heç bir sərvət ağıldan böyük, heç bir yoxsulluq cahillik və savadsızlıq kimi deyil, heç bir qorxu özünü bəyənməkdən dəhşətli ola bilməz və heç bir yaşayış gözəl xasiyyətdən ləzzətli deyil.

Biharul-ənvar /78/111.

***

425–İmam Həsən Müctəba əleyhissalam buyurur: Həqiqətən ən yaxşı şey gözəl xasiyyətdir.

Xisal /29.

***

426–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Gözəl xasiyyət üç şeydədir: 1. Haramlardan qorunmaq; 2. Halallıq axtarmaq; 3. Ailə üçün rahatlıq hasil etmək (yaxşı dolandırmaq).

Biharul-ənvar /71/394.

***

427–İmam Zeynəl-abidin əleyhissalam buyurur: Yaxşı danışıq sərvəti çoxaldar, ruzini artırar, ölümü gecikdirər, adamı ailə yanında istəkli edər və onu cənnətə daxil edər.

Xisal /317.

428–İmam Sadiq əleyhissalam buyurur: Üç şey vardır ki, hər kəs onlardan birinə malik olsa, Allah behişti ona vacib edər: 1. Yoxsul olduğu halda ehsan və yaxşılıq etmək (Allah yolunda)l 2. Hamı ilə gülərüz və xoşrəftar olmaql 3. İnsaflı olmaq (yə`ni zərərinə də olsa belə haqqı deyə).

Kafi /2/103.

***

429–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin behiştə getməsinə hər şeydən çox səbəb olan xislət təqva və gözəl xasiyyətdir.

Kafi /2/100

QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI

430–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər.

Kafi /2/302.

***

431–İmam Sadiq əleyhissalam buyurur: Bütün pisliklərin açarı qəzəbdir.

Kafi /2/303.

***

432–İmam Riza əleyhissalam buyurur: Bir kişi Peyğəmbəri-əkrəmdən (s.ə.v.v.) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi.

Həzrət buyurdu: 1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə).

Biharul-ənvar /25/27.

***

433–İmam Sadiq əleyhissalam buyurur: Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər.

Kafi /2/303.

***

434–İmam Sadiq əleyhissalam buyurur: Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu: Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz.

Kafi /2/303.

BAĞIŞLANMAQ İSTƏYİ

435–Əmirəl-mö`minin Əli əleyhissalam buyurdu: Özünüzü bağışlanmaq istəyi ilə ətirləndirin ki, pis günahların qoxusu sizi rüsvay etməsin.

Biharul-ənvar /6/22.

***

436–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allahın bütün ne`mətlərinə şükr edir və hər bir yaxşı işi Ondan diləyir, bütün pisliklərdən Ona pənah aparır və Ona sığınıram və hər bir günah üçün Ondan bağışlanmaq istəyirəm.

Biharul-ənvar /94/242.

***

437–İmam Baqir əleyhissalam buyurur: Peyğəmbərdən (s.ə.v.v.) soruşdular ki, ən yaxşı bəndə kimdir? Buyurdu: O bəndədir ki, yaxşı iş gördükdə sevinər, pis iş gördükdə isə bağışlanmaq istəyər, ona bir şey veriləndə təşəkkür edər, çətinliyə düşdükdə səbr edər və qəzəbləndikdə güzəştə gedər.

Xisal /317.

***

438–İmam Sadiq əleyhissalam buyurur: Hər vaxt bir bəndə (Allahdan) bağışlanmaq istəklərini artırsa, nameyi-əməli parlayan halda yuxarı qalxar .

Məkarimul-əxlaq /313.

CAMAAT NAMAZI

439–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Allah, bəndəsi camaat namazına məşğul olub namazdan sonra Ondan bir şey dilədikdə, onu qəbul etməməkdən həya edər (yə`ni hökmən Allah onun istəyini verər).

Biharul-ənvar /88/4.

***

440–İmam Riza əleyhissalam buyurur: Camaatla qılınan namazın hər rəkəti, tək qılınan namazın 2000 rəkətinə bərabərdir.

Biharul-ənvar /88/4. Vəsailuş-şiə /8/280.

***

441–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Kişinin camaatla qıldığı bir namaz, evində tək qıldığı qırx ilin namazından yaxşıdır.

Müstədrəkul-vəsail /6/443.

***

442–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin yer üzündə camaat namazının sıraları, göydəki məlaikələrin sıraları kimidir və camaat namazının bir rəkəti 24 rəkətə bərabərdir ki, onun hər biri Allah yanında qırx ilin ibadətindən məhbub və əzizdir. Qiyamət günündə Allah-taala bütün yaranmışları hesaba çəkmək üçün bir yerə toplayacağı zaman, mö`minin camaat namazı qılmaq üçün getməsi onun qorxu və həyəcanını azaldar və sonra əmr edər ki, daxil ol cənnətə.

Biharul-ənvar /88/6.

***

443–Bir nəfər Rəsuli-əkrəmə (s.ə.v.v.) dedi: Mən koram, azan səsini eşidirəm, amma bir adam yoxdur ki, əlimdən tutub məni məscidə aparsın və namazımı sizinlə, camaat namazı qılım, vəzifəm nədir?

Həzrət buyurdu: Evindən məscidə bir ip çək və ondan tutub camaat namazına gəl.

Təhzib /3/266.

***

444-İmam Baqir əleyhissalam buyurur: Hər kim camaat namazını üzrlü səbəb olmadan və müsəlmanların ictimaiyyətindən uzaqlaşmaq üçün qılmasa, heç bir namazı olmayacaq (yə`ni namazı qəbul olmayacaq).

Biharul-ənvar /88/11.

***

445–İmam Riza əleyhissalam buyurur: Həqiqətən camaat namazı dində xalislik, tək olan Allaha sitayiş etmək, Allaha ibadət edib Ona təslim olmağı aşkar etmək üçün müəyyən olunmuşdur. Çünki din hökmlərinin e`lan olunması və haqq bünövrələrinin bəyan edilməsiylə Allahın höccət və dəlili şərq və qərb əhlinə çatdırılır, islam dininin həqiqətləri aydınlaşır. Vahid Allaha sitayiş olunduğu üçün, artıq şirk və kafirliyin qaranlıq zülməti nurun qarşısında davam gətirə bilməz və nəhayət məhv olub gedəcəkdir.

Allahın dinindən uzaq düşüb onu yüngül sayanlar, amma müsəlmançılıq iddiası edənlər, istər-istəməz camaat namazına gəlir və iddiasına uyğun olaraq camaat namazına dayanır, nəticədə cəmiyyətin əməli bir şəkildə olur və kimsə hökmü pozmayır.

Xalq bir-birini tanıyır və bir-birinə şahid dura bilmələri üçün şərait yaranır. Bu məqsədi həyata keçirmək üçün ən yaxşı şey camaat namazıdır.

Bu toplaşma səbəb olur ki, xalq bir-birinə kömək əli uzatsın, ümumi mənafe xatirinə həmkarlıq etsin, çətinlikləri aradan qaldırsın, dindarlıqda, Allaha sitayiş etməkdə və çoxlu günahların qarşısını almaqda bir-birinə yardım etsinlər.

Biharul-ənvar /88/12.

446–Fatimə əleyhəssalam buyurur: Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır.

Dəlailül-imamət

***

447–Fatimə əleyhəssalam həyat yoldaşı Əli əleyhissalama dedi: Ey Əbəlhəsən, ruhum sənə fəda olsun, canım sənə gələn bəlalara sipər olsun! Əgər sən xeyirdə olsan, səninlə birgə olaram. Əgər çətinliklərə və bəlalara düçar olsan, yenə də səninlə birgə olaram.

***

448-Dördüncü İmam Həsən Müctəba əleyhissalam gördü ki, anası Fatimə əleyhəssəlam həmişə başqalarına, qonum-qonşularına dua edir. Soruşdu: Anacan, nə üçün özünə dua etmirsən? Həzrət Fatimə əleyhəssalam cavab verdi: Oğlum! Əvvəl qonşular, sonra özümüz.

Kəşfül-ğəmmə , 2-ci cild, səh.25; Biharul-ənvar , 43-cü cild, səh.82.

***

449-Həzrət Fatimə əleyhissalam camaata xitab edərək buyurdu: “Allah-taala imanı sizlərin şirkdən xilas olmağınız, namazı təkəbbür və qürurdan paklanmağınız, zəkatı nəfsinizin saflaşması və ruzinizin artması, orucu ixlasınızın möhkəmlənməsi, eləcə də dini ayinlərin güclənməsi, ədaləti qəlblərin bir-birinə yaxınlaşması, bizə itaət etməyi ümmətin nizam-intizamı, bizim imamətimizi isə təfriqə və pərakəndəlikdən amanda qalmaq vasitəsi etdi.

Cihadı islamın izzət və başıucalığı, səbirli olmağı haqqın mükafatını cəlb etmək vasitəsi, əmr be mə`rufu xalqın ümumi məsləhət və mənafeyinə riayət etmək, ata-anaya yaxşılıq etməyi Allahın qəzəbinin qarşısını almaq səbəbi qərar verdi.

Qohum-əqraba ilə əlaqələrin bərqərar edilməsini (sileyi-rəhim) mö`minlərin artması, qisas hökmünü nahaq qanların axıdılmasının qarşısını almaq vasitəsi etdi.

Nəzrə vəfa etməyi bağışlanmağa səbəb, çəkidə aldatmaqdan uzaq olmağı isə çatışmamazlıqlarla mübarizə yolu qərar verdi.

Şərabən qadağan edilməsini çirkinliklərdən, aludəliklərdən təmizlənmək, töhmət və yersiz ittahamlardan uzaq olmağı isə Allah qəzəbi qarşısında bir pərdə qərar verdi.

Oğurluğun tərk edilməsini nəfsani iffətin qorunaması, şirkin haram olmasını bəndəçilik və haqqın rübubiyyətində xalis olmaq vasitəsi qərar vermişdir. Belə isə İlahi məqama layiq olan təqvaya sahib olun, Onun əmr və göstərişlərinə qarşı çıxmaqdan çəkinin. Nəticədə müsəlman halda dünyadan gedərsiniz. Allahın əmr etdiyi şeyləri yerinə yetirib, qadağan etdiyi şeylərdən uzaq olun, çünki Allah bəndələri içərisində yalnız alim və agah bəndələr Onun qarşısında müti olur, ilahi vəzifələr qarşısında isə məs`uliyyət hiss edirlər.

Bu, böyük şiə və sünnü alimlərinin mö`təbər sənədlərlə nəql etdiyi məşhur xütbələrdəndir. Bu sənədlərin hamsını İbni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhdə nəql etmişdir.

Mən la yəhduruhul-fəqih 3/254

XƏTM DUASI

450-İmam Baqir əleyhissalam (öz duasında) buyurur: İlahi, ümidimiz, arzumuz budur ki, bizi kərim olan yerdə yerləşdirəsən, onun vasitəsi ilə islam və müsəlmanları izzətli edəsən, ayrılığı və nifaq salanları zəlil edəsən, bizi o haqq olan yerdə dinə də`vət edənlər və hidayət yolunun qabaqcılları qərar verəsən və o Rəhbərin vasitəsi ilə dünya və axirətimizi izzət və kəramətə çatdırasan.

Biharul-ənvar /91/6.

 

 

 

Hosted by uCoz