Bağışlayan və Mehriban Allahın adı ilə

Qurani-kərim:
 Həqiqətən, bu quran (bütün bəşəriyyəti)ən doğru yola yönəldir,yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!(İsra surəsi,9-cu ayə) Ey insanlar! Həqiqətən biz sizi kişi və qadından yaratdıq və tanınasınız deyə sizi müxtəlif tayfa və qəbilələrə (millətlər və irqlərə) ayırdıq. Şübhəsiz sizin Allah yanında daha üstününüz, daha təqvalılarınızdır. Həqiqətən, Allah hər şeyi bilən və alimdır. (Hücurat surəsi,23-cü ayə) Həqiqətən mö`minlər bir-biri ilə qardaşdır. İki qardaşınız arasında barışıq yaradın. Rəhm ediləsiz deyə təqvalı olun (Hücurat surəsi,10-cu ayə)

   

 

Hədislər:
 Peyğəmbər (s) buyurur: Həqiqətən, Allah-taala sizin ata-babanız (nəsliniz), cisminiz və var-dövlətinizə baxmır (əhəmiyyət vermir). Lakin sizin qəlblərinizə baxır. Deməli, hər kəsin saleh qəlbi olarsa, Allah-taala ona qarşı mehriban olar. Siz hamılıqla Adəm övladlarısınız və sizin Allah yanında daha sevimliniz daha təqvalınızdır. Hər kəs bir mö`mini yoxsulluğuna görə təhqir edərsə, Allah-taala Qiyamət günündə onu yaratdıqları qarşısında rusvay edər. Mənim saleh bəndələrimdən birinə hörmətsizlik edən şəxs, sanki Mənimlə müharibəyə başlamışdır. Belə olan halda Mən tezliklə öz dostlarımın köməyinə tələsərəm. (Təfsirul-Qurtubi, 16/342 Usuli-kafi /Şeyx Koleyni, 2/353/9)

 

Vəhdət:
İslam dini yarandığı gündən etibarən, müsəlmanları birliyə və qardaşlığa dəvət etmiş, ixtilaf və parçalanmalara səbəb olan amillərdən çəkindirmişdir. Səmimiyyət və birlik tərəfdarı olan İslam, öz müqəddəs kitabı Qurani-Kərimdə dəfələrlə vəhdətə əmr etməklə yanaşı müsəlmanların qüdrət və əzəmətini Allaha doğru gedən yolda birləşib və Allahu-Əkbər nidası altındakı hərəkətdə bəyan etmişdir. Buna nümunə olaraq İslamın əsl ideyasını Ənfal surəsinin 46-ci ayəsində görmək olar:

Allah və (Onun) Rəsuluna itaət edin və heç bir vaxt aranızda ixtilaf salmayın ki, zəif olmağınıza və qüdrətinizin aradan getməsinə səbəb olar. Səbirli olun ki, Allah səbr edənlərlədir.

 

Islam və elm:

 

Dünyada fəaliyyət göstərən missioner təşkilatlarının sadiq təbliğatçıları, müsəlmanları pak və həqiqi dindən uzaqlaşdırmaq və onları xristian dininə doğru çəkmək məqsədilə daim belə bir şübhəyə əl atırlar:

İslam çox geridə 7-ci əsrdə qalmışdır. İslam, köhnə fikirlər və saysız-hesabsız xürafatlara dolu olduğundan, müsəlmanlar öz inkişaf yolunu azmışlar və bu din, elm və tərəqqinin əleyhinə olduğu üçün, onlar cəhalət qaranlığında qalaraq, elmi nailiyyətlərdən uzaq düşmüş, müasir texnologiyaları mənimsiyə bilməmişlər!

 

 

Namaz:

 Qurani-kərim: Mən, həqiqətən, Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! (Taha surəsi, 14-cü ayə)

     Əsrarəngiz möcüzələrlə dolu aləmlərin xaliqi, uca və qadir Allah insanı ən gözəl surətdə yaratdı. Allahın xüsusi sevgisindən və məhəbbətindən xəlq olunmuş insan, fitrətən uca Yaradanın gözəlliyini duyaraq, Onu dərk etdi. Yaranışın əvvəlindən başlayaraq, Allahın bitib-tükənməz nemətləri ilə əhatə olunmuş insanın öz qüdrət və bacarığından məst olaraq, İlahi mərhəmətini unudacağını bilən xaliq, ona bir sıra vəzifələr və ibadətlər təyin etdi.

 

İmam Hüseyn:

Həqiqətən, Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir!

Hüseyn (ə) xeyirxahlıq və iftixar imamı, izzət rəhbəridir!

 

 Peyğəmbərin (s) göz yaşları mübarək surətinə axarkən sükutu pozaraq buyurdu: Allah tərəfindən Cəbrail (ə) mənə körpənin adını hüseyn qoymağı əmr etdi. Və bu əziz övladımın öz ümmətimdən zalım bir tayfa tərəfindən şəhid ediləcəyinindən xəbər verdi. Onlara mənim şəfaətim yetişməyəcək! Qəm və bəla, qəm və bəla dolu Kərbəla!

Hosted by uCoz